Çempionlar Liqası tarixində belə tur olmamışdı
Bizi izləyin

İdman

Çempionlar Liqası tarixində belə tur olmamışdı

Ötən gecə UEFA Çempionlar Liqasının əsas mərhələsində 3-cü tur başa çatıb.

Publika.az xəbər verir ki, bu tur turnirin tarixində ən məhsuldar mərhələ olub. Komandalar 18 oyunda ümumilikdə 71 qol vurublar. Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Əvvəlki rekord 67 qol idi. Bu, 2025/26 mövsümünün 1-ci və 2024/25 mövsümünün 5-ci turlarına təsadüf edib.

Çempionlar Liqasının ən məhsuldar turları:
71 qol, 18 oyun – 2025/26 mövsümü, 3-cü tur
67 qol, 18 oyun – 2025/26 mövsümü, 1-ci tur
67 qol, 18 oyun – 2024/25 mövsümü, 5-ci tur
64 qol, 18 oyun – 2024/25 mövsümü, 8-ci tur
63 qol, 16 oyun – 2000/01 mövsümü, 1-ci tur

Oxumağa davam et
Reklam
Reklam

Gündəm