Bu şəhərdə 2300-ə yaxın insan GÜLLƏLƏNDİ
Bizi izləyin

Dünya

Bu şəhərdə 2300-ə yaxın insan GÜLLƏLƏNDİ

Sudanın Şimal Darfur vilayətinin inzibati mərkəzi olan Əl-Faşir şəhərində həlak olanların sayı 2,2 min nəfərə çatıb.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" regional hökumətin nümayəndəsi Aqada Ben Koniyə istinadla məlumat yayıb.

Bildirilib ki, bu, şəhərin Sürətli Reaksiya Qüvvələrinin (SRQ) üsyançılarının nəzarətinə keçməsindən sonra baş verib.

Əl-Faşir şəhərində həlak olanların sayı 2227 nəfərə çatıb. Onların arasında uşaqlar, qadınlar və yaşlı insanlar da var. Hamı videolarda görüb ki, silahlı dəstələr yaralıların, xəstələrin və ya sadəcə bombardman və döyüşlərdən qaçaraq sığınacaq axtaran insanların olduğu Səudiyyə xəstəxanasında, qaçqınların müvəqqəti yerləşdirmə mərkəzlərində və məscidlərdə insanlara atəş açıblar", - hökumət nümayəndəsi deuib.

Ben Koni bildirib ki, son dörd gün ərzində şəhəri 393 mindən çox insan tərk edib. Onun sözlərinə görə, təxminən 30 min nəfər Korma, Tavile və Əl-Faşirdən onlarla kilometr uzaqda yerləşən digər yaşayış məntəqələrindəki qaçqın düşərgələrinə çatıb. Qalanlar hələ də yoldadır və bəziləri girov götürülə bilər və ya silahlı dəstələrin yeni zorakılıqlarının qurbanına çevrilə bilər.

Oktyabrın 26-da Sürətli Reaksiya Qüvvələri Sudanın 6-cı piyada diviziyasının Əl-Faşirdəki qərargahını 1,5 illik fasiləsiz döyüşlərdən sonra ələ keçirdiklərini elan ediblər. Bu şəhər Darfurda hökumət qüvvələrinin son dayaq nöqtəsi idi. Çərşənbə günü Sudan hakimiyyəti şəhərin SRQ-nin nəzarətinə keçməsindən sonra iki mindən çox insanın öldüyünü açıqlayıb. Sosial şəbəkələrdə Əl-Faşirin ələ keçirilməsindən sonra mülki əhalinin kütləvi şəkildə güllələnməsini əks etdirən videolar yayılıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm