“Qarabağ”ın rəqibinin başına 91 ildə belə bir iş gəlməmişdi
Bizi izləyin

İdman

“Qarabağ”ın rəqibinin başına 91 ildə belə bir iş gəlməmişdi

“Liverpul” İngiltərə Liqa Kubokunun 4-cü raundunda öz meydanında “Kristal Pelas”a 0:3 hesabı ilə uduzub.

Publika.az xəbər verir ki, mersisaydlılar kubok oyununda belə böyük hesabla evdə 1934-cü ildən bəri ilk dəfə məğlub olublar. Bu barədə "Opta" məlumat yayıb.

Həmin vaxt “Liverpul” İngiltərə Kubokunda “Bolton”a 0:3 hesabı ilə uduzmuşdu.

Qeyd edək ki, İngiltərə nəhəngi Azərbaycan çempionu “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindəndir. Bu komandalar sonuncu tur çərçivəsində yanvarın 29-da Liverpulda üz-üzə gələcəklər.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm