Magazin1
Nuradan SENSASİON AÇIQLAMA: “Burada da xalqımıza xəyanət edənlərin...”
"Verilişlərin reytinqini təyin edən Marsa adlı şirkət haqqında bir müddətdir araşdırma aparıram, amma təəssüf ki, heç bir dəqiq və açıq məlumat tapmaq mümkün deyil".
Publika.az xəbər verir ki, bunu tanınmış müğənni Nura Suri bildirib.
O qeyd edib ki, hamı efirdə yayımlanan səviyyəsiz, mənasız verilişlərdən şikayətlənir, amma bu verilişlərin “reytinq”ini kim və necə ölçür – heç kim bilmir.
"Heç kim bilmir ki, bu cihazlar hansı evlərdə quraşdırılıb, nəticələr necə toplanır və hansı meyarlarla “populyarlıq” müəyyən olunur.
Bütün telekanallar bu cədvəl əsasında sponsorlardan və reklamdan pul qazanır.
Nəticədə, səviyyəsiz “reytinqli qonaq” çağırılır, zövq oxşayan və yaxud maarifləndirici verilişlər isə guya ki, reytinq toplamır".
Müğənni vurğulayıb ki, bu, çox ciddi məsələdir:
"Əminəm ki, bu sistem tam şəffaf şəkildə araşdırılsa, burada da dövlətimizə və xalqımıza xəyanət edənlərin izi tapılacaq".
N.Suri bildirib ki, apardığı araşdırma nəticəsində aşağıdakı məlumatları əldə edib:
"Marsa MMC (tam adı Media Audience Research System of Azerbaijan) Azərbaycanda televiziya auditoriyasının ölçülməsi ilə məşğul olan yeganə şirkətdir.
Şirkət Böyük Britaniyanın “Kantar Media” adlı beynəlxalq media araşdırma qurumu ilə əməkdaşlıq etdiyini bildirir.
Rəsmi saytında texniki tərəfdaşlıqdan bəhs olunur, amma şirkətin kimə məxsus olduğu, təsisçiləri və payçıları barədə heç bir açıq məlumat yoxdur.
Reytinq ölçmələrinin necə və hansı evlərdə aparıldığı, cihazların (PeopleMeter) hansı prinsiplərlə seçildiyi barədə də ictimaiyyətə məlumat verilmir.
“Marsa”nın icraçı direktoru İradə Sultanova kimi göstərilir, lakin şirkətin strukturuna və nəzarət orqanlarına dair məlumatlar nə mətbuatda, nə də dövlət reyestrlərində geniş təqdim olunmayıb".("Yeni Sabah")
-
Region04:14Ankara Cevdet Yılmazı Tehrana göndərir
-
Magazin101:11Cennifer Lopez səhnəyə elə libada çıxdı ki... - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu sizə ən doğru yolu göstərəcək
-
Nida Xəbər 2 İyul 23:12Hər şey çox sadə və əlçatandır: MN-dən yenilik - VİDEO
-
Region2 İyul 23:00Kürdlər İrana daxil oldular - Şiddətli döyüşlər başladı, ölənlər var
-
Cənubi Qafqaz2 İyul 21:48Ermənistanda zəlzələ baş verdi
-
Magazin12 İyul 21:12Natiq Şirinov 35 min təzminat alacaq - FOTO
-
Magazin22 İyul 19:36Məşhur müğənni şahzadə və xanımını toyuna dəvət etdi






.jpg)
























.jpg)





