İdman
"Siti"nin ulduzunun oğlu ölüb, qızı xərçəngdir? - Reaksiyası belə oldu - FOTO
 
                                    
                                    
                                    
                                “Mançester Siti”nin yarımmüdafiəçisi Fil Foden sosial şəbəkələrdə oğlu və qızı haqqında yayılan saxta məlumatlara görə vəkillərinə müraciət edib.
Publika.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.
Bir müddət əvvəl sosial şəbəkələrdə futbolçunun 6 yaşlı oğlu Roninin öldüyü barədə informasiya yayılıb. Daha sonra isə Fodenin 4 yaşlı qızı Truya xərçəng diaqnozu qoyulduğuna dair uydurma paylaşımlar ortaya çıxıb. Hətta sosial şəbəkələrdə Fodenin və sevgilisi Rebeka Kukun ağlayan neyroşəbəkə şəkilləri də paylaşılıb.
“Məlumatımız var ki, bu hekayələri yayan səhifələr və hesablar mövcuddur. Onların hamısı tamamilə yalandır və çox narahatedicidir. İnsanların, xüsusilə uşaqlar barədə belə şeylər uydurmasını anlaya bilmirəm. Bu iyrəncdir”, – deyə Kuk sosial şəbəkə hesabında yazıb.
Heybət

- 
                     Maraq dünyası15:56 Maraq dünyası15:56Sevgi qapılarınızı döyür - Noyabrda eşqi tapacaq 4 BÜRC 
- 
                     Sosial14:19 Sosial14:19Saxlanılan icra başçısının köməkçisi danışdı 
- 
                     İdman13:45 İdman13:45Yenə Yamal, yenə qalmaqal: Milandakı oteldə kimin otağında gecələyib? 
- 
                     Nida Xəbər 13:38 Nida Xəbər 13:38Həkəri stansiyası: Zəngəzur dəhlizinə açılan qapı - VİDEO 
- 
                     Nida Xəbər 12:48 Nida Xəbər 12:48Hikmət Hacıyev: Zəngəzur dəhlizinin Ermənistan sərhədinə qədər olan hissəsi... 
- 
                     Sosial11:20 Sosial11:20Milli Məclisdə jurnalistlərə qoyulan bu qadağa götürüldü 
- 
                     Dünya10:55 Dünya10:55Sinan Oğanın son görüntüsü gündəm oldu - FOTO 
- 
                     Sosial10:42 Sosial10:42Ramiz Mehdiyevin gəlini işdən çıxarıldı 






 
        
    























.jpg)




.jpg)
