Türkiyə təyyarəsi 2 il yarımdan sonra bu şəhərə eniş etdi - FOTO
Bizi izləyin

Dünya

Türkiyə təyyarəsi 2 il yarımdan sonra bu şəhərə eniş etdi - FOTO

Türkiyə təyyarəsi iki il yarımdan sonra Şimali İraqda, İraq Kürdüstan Regional Hökumətinin (KRH) Süleymaniyyə əyalətindəki Süleymaniyyə Beynəlxalq Hava Limanına eniş edib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yüzdən çox sərnişin daşıyan təyyarənin eniş anında Süleymaniyyə Beynəlxalq Hava Limanının direktoru Rebaz Məhəmməd Xəlil və Türk Hava Yollarının İraq üzrə koordinatoru Halil Anlatan iştirak ediblər.

Məhəmməd Xəlil Süleymaniyyə ilə İstanbul arasında uçuşların həftədə dörd dəfə həyata keçiriləcəyini bildirib. O, son iki il yarımda tətbiq edilən qadağanın ticarətə təxminən 35 faiz mənfi təsir göstərdiyini vurğulayıb.

Sərnişinlər də iki il yarımlıq bu müddətdə uçuş marşrutları uzandığı üçün əlavə xərclə və vaxt itkisi ilə üzləşdiklərini bildiriblər.

Qeyd edək ki, Türkiyə Süleymaniyyəyə uçuş qadağasını 2023-cü ilin aprel ayında tətbiq etmişdi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İraq Kürdüstanının prezidenti Neçirvan Bərzaninin xahişi ilə 9 oktabyrda qadağanı ləğv edib.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm