İlon Maskdan gələcəklə bağlı daha bir proqnoz
Bizi izləyin

Dünya

İlon Maskdan gələcəklə bağlı daha bir proqnoz

Amerikalı sahibkar İlon Mask 20 il sonra ilə bağlı proqnozunu açıqlayıb.

Publika.az xəbər verir ki, o, təxminən 20 ildən sonra insanların öz şüurlarını robotlara yükləmək, yəni yaddaşlarını, şüurunu və ya şəxsiyyətini bioloji olmayan bədənə köçürmək imkanına sahib ola biləcəklərini açıqlayıb.

Mask bunu öz layihələri - beyin-kompüter interfeysi yaradan “Neuralink” startapı və “Tesla” şirkətinin insanabənzər robotlar istehsalı planları ilə əlaqələndirib.

“Əgər proses tamamilə təhlükəsiz olarsa siz fövqəlbəşər qabiliyyətlərə sahib ola bilsəniz. Məsələn, yaddaşınızı itirməmək üçün onu yükləmək imkanınız olsa, düşünürəm ki, bir çox insan bunu üstün tutardı”, – deyə İlon Mask amerikalı videobloqer Leks Fridmanla söhbətində bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm