Dünya
"C130"un ingilis pilotundan qəza ilə bağlı açıqlama: Təkzib etdi
Böyük Britaniya Kral Hərbi Hava Qüvvələrinin (RAF) keçmiş "C130" pilotu Skott Bateman Gürcüstanda qəzaya uğrayan Türkiyəyə məxsus təyyarə ilə bağlı irəli sürülən iddialara reaksiya verib.
Publika.az xəbər verir ki, "X" hesabında paylaşım edən Bateman iddiaları təkzib edib.
İddialara görə, qəzaya səbəb "C130"un dizayn qüsurlarının olması və ya təyyarənin keçmiş qəzalar səbəbindən mühərrikinin yararsızlaşması olub.
Bateman bildirib ki, təyyarənin dizaynında heç bir qüsur olmayıb, həmçinin bu təyyarə personal səhvlərinə dözümlüdür:
"RAF karyeramın çox hissəsində kapitan kimi "C-130" idarə etmişəm. Bu, düşmən hücumu istisna olmaqla, bütün şəraitə qarşı çox yüksək dözümlülüyə malik, son dərəcə etibarlı bir təyyarədir".
Keçmiş pilot "C130"un düşmən ərazisində əməliyyatlar üçün nəzərdə tutulmuş bir təyyarə olduğunu vurğulayıb.
Qəza zamanı həyatını itirənlərin xatirəsinə ehtiramını bildirən Bateman qəza ilə bağlı fərziyyələrdən qaçınmaq lazım olduğunu qeyd edib.
Roza
-
Sosial18:12Azərbaycanda 9 nəfər bu əməllərinə görə SAXLANILDI
-
İqtisadi gündəm17:59Azərbaycan İnvestisiya Holdinqi təmizlik işlərinə 200 min manat ayırdı
-
Səhiyyə17:4945 dəqiqə dayanan ürəyi işə salan həkim danışdı - VİDEO
-
Hadisə17:09Tiktoker Nahid Nəsirov saxlanıldı
-
İdman15:51Məşhur məşqçini Bakı küçəsində qəzaya görə döydülər
-
İdman14:53Arda ilə Haalandın bu görüntüsü gündəm oldu: Artıq dostdurlar
-
İqtisadi gündəm14:32Bu qurum üçün yeni inzibati bina tikiləcək
-
Magazin113:21Ağadadaş Ağayev Qurban Qurbanovdan inciyib: Onun toyunu mən aparmışam, amma...




































