Nida Təhlil
Türkiyə təyyarəsi niyə qəzaya uğradı? - 6 sensasion DETAL
Gəncədən qalxan Türkiyəyə məxsus C-130 hərbi yük təyyarəsinin Gürcüstanda qəzaya uğraması həm Azərbaycanda, həm qardaş ölkədə geniş müzakirələrə və konsprioloji fikirlərə yol açıb. Təbiidir, çünki Azərbaycan üçün də əziz olan 20 türk əsgərinin şəhid olduğu qəza ilə bağlı şübhələrə yol açan məqamlar var.
1. Təyyarə qəzalarında hadisədən öncə verilən təhlükə siqnalı qeydə alınmayıb;
2. Havaya qalxan təyyarə qısa müddətdə radar sistemindən itib;
3. Təyyarənin quyruq hissəsi qopub;
4. Amerika istehsalı olan C-130 təyyarəsi davamlılığı ilə seçilir: mütəxəssislər qeyd edirlər ki, 4 mühərrikə malik təyyarənin bir mühərriki qalsa belə təhlükəsiz eniş etmək qabiliyyətinə malikdir, hətta bütün mühərrikləri sıradan çıxanda da belə eniş şansı qalır;
5. Qəza anı ilə bağlı yayılan videogörüntülərdə təyyarənin havada halqa vuraraq endiyi görünür: bu, təyyarənin sisteminin tamamilə sönməsi versiyasını ön plana çıxardır;
6. Pilotun kifayət qədər peşəkar olduğu deyilir;
Sual yaradan məqamlar çoxdur və bütün bunlar təyyanin qəzaya uğramasında təxribat amilinə diqqə çəkir. Lakin qəza ilə bağlı yayılan məlumatlarda təxribat versiyası istisna olunur.
İlkin araşdırmalarla bağlı məlumatda iki versiya irəli sürülür.
Birincisi, təyyarənin uzun müddət istismarda olmasının yarada biləcəyi nasazlıqla bağlıdır: korpusunda korroziya yarana bilərdi ki, bu da havada yüksək təzyiq altında təyyarənin qəzaya uğraması üçün ciddi əsasdır. 1990-cı illərdə ABŞ Silahlı Qüvvələrinə məxsus “Herkules” təyyarəsi bu səbəbdən qəzaya uğramışdı.
İkincisi, yükün yerləşdirilməsi qaydalarına əməl edilməməsidir: yük təyyarələrində daşınan yüklər müvafiq tələblərə uyğun olaraq yerləşdirilir. Bu tələbin yerinə yetirilməməsi turbilentlik və ya başqa təsirdən yükün yerindən oynaması və daxildə ciddi fəsadlar yaratmasına gətirib çıxarır ki, bu da qəza üçün tam yetərli səbəbdir.
Bununla yanaşı, təyyarə havaya qalxmamışdan öncə əsaslı yoxlamalardan keçib. Eyni zamanda, qəza yerinə baxış zamanı təyyarədə kənar müdaxilə izləri aşkarlanmayıb. Hazırda istintaq davam edir.
Asif Nərimanlı
-
Elm və təhsil19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu
-
Ekopublika.az18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər
-
Rəsmi xronika17:48Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
-
Rəsmi xronika16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam
-
Nida Xəbər 15:31Baş nazir qərar imzaladı
-
Maraq dünyası13:40Maskın 78 yaşlı anası qarajda yatır: Başının üstündəki dama şükür edir - FOTO
-
ABŞ12:10Trampın sərvəti açıqlandı: Görün əsas gəlir mənbəyi nədir
-
Nida Xəbər 11:55Gürcüstanda əsgərlik şərtləri: 6 ay xidmət, 560 dollar maaş və...


































.jpg)

