İdman
Millimizin üzvlərindən yeniyetmə futbolçulara sürpriz - VİDEO/FOTOLAR
Azərbaycan milli komandasının üzvləri Bakının Kürdəxanı qəsəbəsində məşq edən yeniyetmələrlə görüşüblər.
Publika.az xəbər verir ki, görüşdə millimizin baş məşqçisi Ayxan Abbasov, komandanın direktoru İlqar Qurbanov, futbolçular Rza Cəfərov, Ceyhun Nuriyev, Mustafa Əhmədzadə, həmçinin AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov iştirak ediblər.
Kürdəxanı sakini, həvəskar məşqçi Zakir Əliyev öz həyətində uşaqlar üçün kiçik futbol meydançası inşa edib və orada onlara təmənnasız məşqlər keçərək gənc istedadların inkişafına töhfə verməyə çalışır. Onun təşəbbüsü sayəsində qəsəbədə yaşayan bir çox uşaq futbolla məşğul olmaq imkanı qazanıb.
Milli komandanın üzvləri həmin uşaqlarla tanış olub, onların məşqinə qatılıb və səmimi söhbətlər aparıblar. Baş məşqçi Ayxan Abbasov yeniyetmələri futbola olan sevgilərini qorumağa və daim çalışqan olmağa səsləyib.
Görüşün sonunda uşaqlar milli komandanın üzvləri ilə xatirə şəkilləri çəkdirib, avtoqraflar alıblar. Yeniyetmələrə AFFA tərəfindən hədiyyələr və futbol topları təqdim olunub.





-
Rəsmi xronika12:46İlham Əliyev sərəncam imzaladı
-
Sosial12:30Borc pul verənlərin nəzərinə: Ali Məhkəmədən mühüm xəbərdarlıq
-
Dünya11:34İranın bu ölkədəki səfiri öldürüldü
-
Sosial11:04Onlar da müəllim işləyə biləcək - Siyahı
-
Yaxın Şərq10:39Müctəba Xamenei “Hizbullah”a məktub yazdı: Vəd etdi ki...
-
Nida Xəbər 10:33Leyla Əliyevadan Rasim Balayevlə bağlı paylaşım - FOTO
-
Maraq dünyası09:54BÜRCLƏR üçün aprel ayının ən uğurlu və uğursuz günləri
-
Dünya09:36İrandan Hörmüzlə bağlı vacib açıqlama: 47 illik qonaqpərvərlik başa çatdı






.webp)












.jpg)



















