Dünya
Rusiyaya işarə: Sərhəddə NATO təlimləri başladı
Finlandiyanın şimalında, Rusiya sərhədindən 100 kilometr aralıda 2000-dən çox hərbçi və 500 texnikanın cəlb olunduğu “Norter Spike 225” adlı artilleriya təlimi başlayıb.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
“Manevrlərə Polşadan olan bölmə də daxil olmaqla 2200 hərbçi cəlb olunacaq”, - məlumatda deyilir.
Qeyd olunur ki, təlimin məqsədi çətin erkən qış şəraitində artilleriya imkanlarını sınaqdan keçirmək və müxtəlif səviyyəli komandanlıq və artilleriya atəşi arasında qarşılıqlı əlaqəni məşq etməkdir.
Finlandiya quru qoşunlarının verdiyi məlumata görə, manevrlər noyabrın 25-dək Qərbi Avropanın ən böyüyü olan Laplandiyanın Rovajarvi poliqonunda keçiriləcək.
Qeyd edək ki, birinci mərhələ noyabrın 8-dən 16-dək həmin poliqonda baş tutub. Buraya 200-ə yaxın hərbi qulluqçu cəlb olunub.
Adəm
-
Magazin117:40Rəqsanənin Gəncədəki konserti ləğv olundu
-
Hadisə17:35Bakıda köməksiz vəziyyətdə qalan uşaqlar belə xilas edildi - Video
-
Yaxın Şərq17:30İsrailə yeni raket hücumları başladı
-
Hadisə17:0060 əcnəbi İrandan Azərbaycana təxliyə olundu
-
Ekologiya16:40Hava kəskin dəyişəcək - Xəbərdarlıq
-
Sosial16:05Əmircanda bir qrup sakin niyə evlərindən çıxarıldı? - Foto
-
ABŞ14:35Tramp Obamanın İran siyasətini belə ələ saldı - Foto
-
Sosial14:10Aliment ödəməyənlər həbs edilməlidir? - Bir tikə çörəyiniz varsa...


































