Klebo beyin silkələnməsi keçirdi
Bizi izləyin

İdman

Klebo beyin silkələnməsi keçirdi

Norveçli xizəkçi Yohannes Klebo Dünya Kubokunun Xizək yarışı üzrə Dünya Kubokunun Drammen mərhələsində sprint yarışında yıxıldıqdan sonra başından yüngül zədə və yüngül beyin silkələnməsi alıb.

Publika.az xəbər verir ki, bu barədə Norveç Xizək Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.

Yarımfinal qaçışı zamanı 29 yaşlı idmançı yıxılmış amerikalı xizəkçi Ben Ogdenə ilişərək yıxılıb və başını zədələyib. Bir neçə dəqiqə sonra Klebo texniki personalın müşayiəti ilə trası tərk edib.

Klebo martın 15-də Holmenkollendə keçiriləcək marafonu buraxacaq. Onun ABŞ-da baş tutacaq Dünya Kubokunun final mərhələsində iştirakı isə hələ sual altındadır.

Norveç millisinin həkimi bildirib ki, idmançının ABŞ-da keçiriləcək yarışlarda iştirak edib-etməyəcəyini demək üçün hələ tezdir: “Hazırkı vəziyyəti nəzərə alsaq, o özünü yaxşı hiss edir və elə həmin gün Trondheymə qayıdacaq.”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm