Dünya
Keçmiş baş nazir edam cəzasına məhkum edildi
Banqladeş məhkəməsi keçmiş baş nazir Şeyx Hasinanı 2024-cü ilin yayında kütləvi iğtişaşların yatırılmasında insanlığa qarşı cinayət törətdiyinə görə edam cəzasına məhkum edib.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məhkəmə zamanı prokurorlar Hasinanın tələbə iğtişaşlarını yatırtmaq üçün odlu silahdan istifadəyə şəxsən göstəriş verdiyinə dair sübutlar təqdim ediblər. Bu arada BMT-nin etirazlarla bağlı hesabatında 1400 nümayişçinin öldürüldüyü və minlərlə insanın yaralandığı iddia edilib.
Hələ hökm elan olunmamışdan əvvəl Hasina özü bütün ittihamları rədd edib və məhkəmənin qərəzsizliyinə şübhə ilə yanaşıb, ittiham hökmünün “əvvəlcədən müəyyən edildiyini” bildirib. Keçmiş baş nazir hazırda Hindistandadır və o, ötən ilin avqustunda hökumət əleyhinə etirazların qızğın vaxtında qaçıb.
Adəm
-
Sosial15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı
-
Sosial14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır
-
Sosial14:00Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq
-
Sosial13:35Bu məktəbdə tədris dayandırıldı: Şagirdlər köçürülür
-
Rəsmi xronika12:46İlham Əliyev sərəncam imzaladı
-
Sosial12:30Borc pul verənlərin nəzərinə: Ali Məhkəmədən mühüm xəbərdarlıq
-
Dünya11:34İranın bu ölkədəki səfiri öldürüldü
-
Sosial11:04Onlar da müəllim işləyə biləcək - Siyahı



































