Dünya
Köhnə dünya nizamı sona çatdı: Merts elan etdi
Köhnə dünya nizamı sona çatıb və qlobal münasibətlərin gələcəyi müəmmalı olaraq qalır.
Publika.az xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merts deyib.
“Biz hələ bilmirik ki, bir neçə ildən sonra dünya düzəni necə görünəcək, amma qəti şəkildə bilirik ki, Qərbdə son 80 ildə, Şərqdə isə 35 ildir ki, bu dünya nizamı indi – bu günlərdə, həftələrdə, aylarda, bu gün, bizim burada görüşdüyümüz bu gündə sona çatdı”, – o bildirib.
Merts əlavə edib ki, yeni nizamın formalaşması yalnız Avropa qonşuları ilə əməkdaşlıq şəraitində mümkündür.
Onun sözlərinə görə, Almaniya hökuməti ölkənin müharibədən sonrakı tarixində heç vaxt görülməmiş çoxsaylı problemlərlə üzləşir. Kansler Ukraynadakı müharibəni, Çinlə mürəkkəb münasibətləri və ABŞ-la ticarət mübahisəsini xüsusi qeyd edib.
Merts hesab edir ki, Atlantikanın hər iki tərəfində münasibətlərdə son onilliklərdə düzgün və vacib hesab edilən bütün prinsip və yanaşmaları faktiki olaraq şübhə altına alan dərin çatlar yaranıb.
Adəm
-
Hadisə11:20Ölkəyə fotoaparat və telefonda qızıl külçələr keçirməyə çalışdılar - FOTO
-
İdman10:53Messini Hindistanda on minlərlə insan belə qarşıladı - VİDEO
-
Ekologiya10:40Qaxa qar yağdı
-
MDB10:11Rusiya ərazisi vuruldu, ölənlər var
-
Sosial08:15Yas mərasimlərində yeni TREND - "Bu, dinin qaydalarından kənara çıxmaqdır"
-
İdman07:15Nəriman Axundzadə kimin nəvəsidir? - Qiyməti və maaşı...
-
Magazin205:15Hande Erçelin yeni sevgilisi - Özündən 13 yaş böyükdür
-
ABŞ03:44Dünyanın ən nüfuzlu insanlarının əsl üzünü göstərən 95 min yeni şəkil... - Epşteyn işi








.jpg)
.jpg)






















