Dünya
Arvadını və oğlunu pizza ilə öldürmək istədi: Qadın elə bir humanistlik etdi ki...
2024-cü ilin dekabrında Bavariyada faciəli hadisə baş verib: yerli sakin Dirk G. dondurulmuş zəhərli pizza ilə arvadını və oğlunu öldürməyə cəhd edib.
Publika.az xəbər verir ki, o, cinayəti əvvəlcədən planlaşdırıb. Planını həyata keçirmək üçün bitki mənşəli zəhərdən (mavi akonitdən) pizzanın üzərinə səpib.
Bamberqdə keçirilən məhkəmə prosesində müttəhim “mən canavar idim”, - deyərək günahını etiraf edib.
Onun cinayət törətməsinin səbəbi boşanma prosesindən qaçaraq tailandlı məşuqəsi ilə yeni həyata başlamaq istəyi olub. İstintaq müəyyən edib ki, Drik G. uzun müddət sistematik şəkildə həyat yoldaşına müxtəlif zəhərlər verib, bu da onun əvvəllər xəstəxanaya yerləşdirilməsinə və hətta kardiostimulyatorun quraşdırılmasına səbəb olub. Həkimlər onun xəstəliklərinin əsl səbəbini müəyyən edə bilməyiblər.
Qeyd edək ki, pizzadan zəhərlənən qadın və oğlu yalnız təcili yardım xidmətlərinin operativ müdaxiləsi sayəsində sağ qalıb. Dirk G. cinayəti oğlunun üzərinə atmağa cəhd edib, bundan sonra sevgilisi ilə birlikdə Fransaya qaçıb və orada həbs olunub.
Maraqlıdır ki, zərərçəkmiş arvad humanistlik edib: vəkili Yoxen Kaller vasitəsilə o, ömürlük həbs cəzası tələbindən imtina edərək, məqsədin cinayətkarı məhv etmək deyil, cəzalandırmaq olduğunu izah edib. Məhkəmə Dirk G.-ni adam öldürməyə cəhd ittihamı ilə 11 il 4 ay müddətinə azadlıqdan məhrum edib.
Adəm
-
Sosial15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı
-
Sosial14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır
-
Sosial14:00Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq
-
Sosial13:35Bu məktəbdə tədris dayandırıldı: Şagirdlər köçürülür
-
Rəsmi xronika12:46İlham Əliyev sərəncam imzaladı
-
Sosial12:30Borc pul verənlərin nəzərinə: Ali Məhkəmədən mühüm xəbərdarlıq
-
Dünya11:34İranın bu ölkədəki səfiri öldürüldü
-
Sosial11:04Onlar da müəllim işləyə biləcək - Siyahı

































