Dünya
İlon Maskın atası Moskvaya heyran qalıb: Burada gördüklərim inanılmazdır
İlon Maskın atası Errol Mask Qərbdə artıq “itmiş” hesab etdiyi bir sivilizasiyanı məhz Moskva şəhərində kəşf etdiyini deyib.
Publika.az xəbər verir ki, o, bu barədə Rusiya Federasiyası Ticarət və Sənaye Palatasında biznes ictimaiyyətinin nümayəndələri ilə görüşündə danışıb.
Errol Mask bildirib ki, Rusiya səfəri onun əvvəlki təsəvvürlərindən tamamilə fərqli olub. Şəhərin təmizliyi, xidmət səviyyəsi və insanların münasibəti onun xüsusilə diqqətini çəkib.
Mask qeyd edib ki, səfərdən əvvəl Rusiya və paytaxt Moskva haqqında əsasən mənfi fikirlər eşitsə də, gördükləri bu təsəvvürləri dəyişib.
“Rusiyaya gəldim və özümü təsəvvür edə bilmədiyim qədər gözəl bir ölkədə tapdım. Küçələr təmizdir, gündüz saatlarında belə yuyulur. İnsanlar mehribandır, yeməklərin keyfiyyəti yüksəkdir. Anladım ki, bu, əsl sivilizasiyadır, hətta sivilizasiyanın zirvəsidir. Bu gün Qərbdə artıq belə bir şeyi görmürük, biz onu itirmişik”, - deyə o vurğulayıb.
Müəllif: Roza
-
ABŞ17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi
-
Sosial15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı
-
Sosial14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır
-
Sosial14:00Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq
-
Sosial13:35Bu məktəbdə tədris dayandırıldı: Şagirdlər köçürülür
-
Rəsmi xronika12:46İlham Əliyev sərəncam imzaladı
-
Sosial12:30Borc pul verənlərin nəzərinə: Ali Məhkəmədən mühüm xəbərdarlıq
-
Dünya11:34İranın bu ölkədəki səfiri öldürüldü



































