Netanyahu bu şəhərə ayaq basdığı an həbs olunacaq
Bizi izləyin

Dünya

Netanyahu bu şəhərə ayaq basdığı an həbs olunacaq

Nyu-Yorkun yeni meri Zöhran Məmdani İsrailin Baş naziri Benyamin Netanyahuya qarşı Beynəlxalq Cinayət Məhkəməsinin həbs qərarını icra edəcəyini bildirib.

Publika.az xəbər verir ki, Məmdani bu barədə televiziya proqramlarından birində danışıb.

O, Nyu-York meri Erik Adamsın İsrailə səfəri zamanı Netanyahu ilə görüşünə reaksiya verib. Məmdaninin sözlərinə görə, bu görüş Nyu-Yorkun təcili ehtiyacları ilə simvolik xarici siyasət jestləri arasındakı əlaqənin kəsildiyinin sübutudur.

O bildirib ki, Nyu-York sakinləri qiymətlər səbəbindən şəhərdən köçmək ərəfəsində olduqları halda, Adams bu problemlər ilə maraqlanmır.

Məmdani Nyu-York şəhərinin Netanyahuya qarşı Beynəlxalq Cinayət Məhkəməsinin həbs qərarlarını icra edəcəyini və onun Nyu-Yorka ayaq basacağı təqdirdə həbs olunacağını qeyd edib.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm