Sosial
“Azercell” beynəlxalq “Etik Satınalma və Təchizat” sertifikatına layiq görülüb
Lider mobil operator CIPS Korporativ Etika Reyestrinə daxil olan ilk Azərbaycan şirkəti oldu
Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC “Satınalma və Təchizat üzrə Britaniya Kral Assosiasiyası” (CIPS – The Chartered Institute of Procurement & Supply) tərəfindən təqdim olunan Etik Satınalma və Təchizat üzrə Korporativ Sertifikat ilə təltif olunub. Dünyada cəmi 170-ə yaxın şirkətin daxil olduğu CIPS Korporativ Etika Reyestrində “Azercell” Azərbaycanın yeganə təmsilçisidir.
Şirkətin Satınalma departamenti CIPS-in ESG (ekologiya, sosial və idarəetmə) prinsiplərinə əsaslanan “Etik Satınalma və Təchizat” proqramını uğurla tamamlayaraq ətraf mühitin mühafizəsi, insan hüquqlarının qorunması, eləcə də rüşvət və korrupsiya ilə mübarizə sahələrində yüksək nəticələr əldə edib.
Bu nailiyyət “Azercell”in satınalma fəaliyyətində beynəlxalq etik tələblərə sadiqliyini və təchizat zəncirində dayanıqlılığı davamlı olaraq gücləndirdiyini təsdiqləyir. Həmçinin şirkətin etik biznes mühitinin və ESG prinsiplərinə əsaslanan idarəetmə modelinin inkişafına verdiyi önəmi də bir daha gündəmə gətirir.
-
ABŞ17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi
-
Sosial15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı
-
Sosial14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır
-
Sosial14:00Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq
-
Sosial13:35Bu məktəbdə tədris dayandırıldı: Şagirdlər köçürülür
-
Rəsmi xronika12:46İlham Əliyev sərəncam imzaladı
-
Sosial12:30Borc pul verənlərin nəzərinə: Ali Məhkəmədən mühüm xəbərdarlıq
-
Dünya11:34İranın bu ölkədəki səfiri öldürüldü




































