Bərzanidən Türkiyə mesajı: Bu məsələ səbir tələb edir
Bizi izləyin

Dünya

Bərzanidən Türkiyə mesajı: Bu məsələ səbir tələb edir

İraq Kürdüstanının rəhbəri Neçirvan Bərzani Dəhukda keçirilən Yaxın Şərq Sülh və Təhlükəsizlik Forumu (MEPS 2025) çərçivəsində panel müzakirəsində çıxış edib.

Publika.az xəbər verir ki, Bərzani çıxışında "Terrorsuz Türkiyə" prosesinə toxunub.

"Düşünürəm ki, bu məsələnin həlli illər çəkəcək. Ankarada və digər yerlərdə atılan addımların yaxşı bir proses olduğunu görürük. Bu prosesin uğurlu olması üçün hamımızın faydalı və töhfə verən tərəf olması dəyərlidir", - o qeyd edib.

Bərzani İraq Kürdüstanının rolunun tərksilah prosesini asanlaşdırmaq olduğunu bildirib:

"Türkiyədə sülh prosesi bütün komponentlərə təsir edəcək və hər kəs bu prosesdən faydalanacaq. Biz bu prosesin uğur qazanmasını təmin etmək üçün əlimizdən gələni edəcəyimizi vurğuladıq. Həqiqətən də, onun uğur qazanmasına kömək etmişik. 40 illik bir problemi qısa müddətdə həll etmək mümkün deyil. Bu məsələ səbir tələb edir".

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm