Hadisə
Azərbaycanın Xalq artisti VƏFAT ETDİ - FOTO
Azərbaycan mədəniyyətinə ağır itki üz verib.
Publika.az xəbər verir ki, milli rəqslərimizin mahir ifaçısı, görkəmli xoreoqraf-baletmeyster, pedaqoq, Xalq artisti Roza Cəlilova 19 noyabr 2025-ci il tarixində, 96 yaşında vəfat edib.
Roza İsmayıl qızı Cəlilova 17 may 1929-cu ildə Quba rayonunda anadan olub. 1947-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirib. İki il Opera və Balet Teatrının balet truppasında çalışıb. 1949-cu ildən Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblında fəaliyyətini davam etdirib. 1965–1975-ci illərdə ansamblın rəqs qrupuna rəhbərlik edib. O, həmçinin Azərbaycan Milli Konservatoriyası nəzdindəki İncəsənət Gimnaziyasında pedaqoji fəaliyyət göstərib.
Roza Cəlilova 1989-cu ildə yaratdığı “Gülüstan” mahnı və rəqs ansamblı ilə Kanada, Efiopiya, Çin, ABŞ, Türkiyə, İraq, Mərakeş və digər ölkələrdə qastrol səfərlərində olub, rəqs sənətimizi layiqincə təmsil edib. Sənətkarın repertuarında Azərbaycanın milli rəqsləri ilə bərabər, ərəb, fars, hind və bir sıra başqa xalqların rəqsləri də yer tutub.
Roza Cəlilovanın Azərbaycan rəqs sənətinin inkişafına verdiyi töhfələr dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. 2007-ci ildə “Xalq artisti” fəxri adına və 2019-cu ildə “Şöhrət” ordeninə layiq görülüb. Baletmeyster 2002-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.
Mədəniyyət Nazirliyinin kollektivi Xalq artisti Roza Cəlilovanın vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin.
-
Hadisə18:24Yol polisi xəsarət alan piyadanı xilas etdi
-
Nəqliyyat18:12Bakı sakinlərinin NƏZƏRİNƏ: Bu marşrut nağdsız ödəniş sisteminə keçir
-
Rəsmi xronika17:07İlham Əliyev sərəncam imzaladı
-
Sosial16:50İran səfiri İlham Əliyevə təşəkkür etdi
-
Sosial15:54Bakı vaxtı ilə saat 13:59-da "Qiyamət"dən mesaj gəldi: Çeçen qızı, aliment...
-
Sosial15:25Bu rayon hərbi komissarlığında əməliyyat keçirildi - İki vəzifəli şəxs saxlanıldı
-
ABŞ14:30FTB şefi sevgilisini qorumaq üçün agent tutub - ABŞ-da qalmaqal
-
MDB13:14Azərbaycanın qonşuluğunda ölkə boyda torpaqlar satışa çıxarıldı - Şok qiymətlər




















.jpg)
















