Sosial
Bu şəxslərə gələn ay 30 manat yardım veriləcək
3 Dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ilə əlaqədar Azərbaycanda əlilliyi olan şəxslərə birdəfəlik yardım veriləcək.
Publika.az milli.az-a istinadla xəbər verir ki, bir dəfəlik yardımın məbləği 30 manat olacaq və yardımın dekabr ayında verilməsi nəzərdə tutulur.
Bəs birdəfəlik yardımı necə almaq olar?
Əlilliyi olan vətəndaşlar müraciət üçün Sosial Xidmətlər Agentliyin filiallarına yaxınlaşa və ya şəxsiyyət vəsiqəsinin surəti və əlilliyi təsdiq edən sənədin əlavə olunduğu ərizələrini Agentliyin [email protected] elektron ünvanına göndərə bilərlər.
Xatırladaq ki, sözügedən maddi yardımla bağlı müraciətlərə növbəlilik qaydasında baxılacaq.
Qeyd edək ki, 1992-ci ildə BMT Baş Assambleyası qəbul etdiyi Bəyannaməyə görə dekabrın 3-ü "Əlilliyi olan insanların Beynəlxalq günü" kimi qeyd olunur. BMT üzvü olan digər ölkələr kimi bu tarix Azərbaycanda da qeyd olunur.
-
Sosial15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı
-
Sosial14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır
-
Sosial14:00Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq
-
Sosial13:35Bu məktəbdə tədris dayandırıldı: Şagirdlər köçürülür
-
Rəsmi xronika12:46İlham Əliyev sərəncam imzaladı
-
Sosial12:30Borc pul verənlərin nəzərinə: Ali Məhkəmədən mühüm xəbərdarlıq
-
Dünya11:34İranın bu ölkədəki səfiri öldürüldü
-
Sosial11:04Onlar da müəllim işləyə biləcək - Siyahı




































