Son 50 ilin ən böyük yanğını: 170 bina məhv oldu
Bizi izləyin

Dünya

Son 50 ilin ən böyük yanğını: 170 bina məhv oldu

Yaponiyanın cənubundakı Oita sahil şəhərində baş verən güclü yanğın geniş dağıntılara və insan tələfatına səbəb olub. Yanğın 170-dən çox binanı dağıdıb və bir nəfərin həyatına son qoyub.

Publika.az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarının məlumat verib.

Yanğın çərşənbə axşamı balıqçılıq limanı ilə tanınan Saqanoseki rayonunda başlayıb. Güclü külək təxminən 49.000 kvadratmetr ərazini - yeddi futbol meydançasına bərabər olan alovun sürətlə yayılmasına kömək edib. Yanğın hətta dənizdən bir kilometr aralıda yaşayış olmayan adaya da yayılıb.

Yanğının söndürülməsinə hərbi və yanğınsöndürən helikopterlər cəlb olunub. Yanğın nəticəsində 175 yerli sakin müvəqqəti sığınacaqlara köçürülməyə məcbur olub, 300-ə yaxın ev işıqsız qalıb. Yüngül yanıq xəsarətləri alan yaşlı qadın xəstəxanaya yerləşdirilib.

Yanğının baş vermə səbəbləri araşdırılır. Dağıdılan binaların sayına görə, bu yanğın 1976-cı ildən bəri ən böyük yanğındır və 2016-cı ilin İtoigava yanğınını üstələyir.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm