Dünya
Müəllim bu zarafata görə işdən qovuldu və... - FOTO
Böyük Britaniyada bir dövlət məktəbinin müəlliminə zarafat etməsi baha başa gəlib. İşdən qovulan müəllim intihar edib.
Publika.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Söhbət məktəbin müəllimi Con Raytdan gedir. Bildirilir ki, Rayt yayda Malayziya və Sinqapura mübadilə səfəri zamanı söylədiyi, irqçi və homofob hesab edilən "uyğun olmayan" sözlərdən sonra işdən çıxarılıb.
Bildirilir ki, Raytın işdən çıxarılmasına səbəb şagirdə etdiyi bu zarafat olub: "Çeynəməyə saqqız da yoxdur, gey də yoxdur".
Bildirilir ki, o, hər iki ölkənin qanunları haqqında guya zarafat edib. Qeyd edək ki, Sinqapurda saqqız çeynəmək, Malayziyada isə homoseksuallıq qadağandır.
Onun meyiti kollecdən on dəqiqəlik piyada məsafədəki ailə evində tapılıb, intihar ehtimalı daha çoxdur.
Onun ailəsi deyir ki, Rayt qüsursuz iş rekorduna malik olmasına baxmayaraq xəbərdarlıq edilmədən işdən kənarlaşdırılıb.
Xatırladaq ki, 54 yaşlı Con Rayt illik maaşı 60 min funt sterlinq olan Marlboro Kollecində on il fizikadan dərs deyib. Bu, ölkənin ən nüfuzlu özəl məktəblərindən biridir və məzunları arasında Uels Şahzadəsi də var.
Adəm

-
Dünya10:36Ən azı 24 uşaq ölüb: Bu öskürək siropundan
-
Rəsmi xronika10:21Prezident forum iştirakçılarına məktub ünvanladı
-
Magazin209:12Bu da dünyanın ən gözəl qızı Fatimə
-
Elm və təhsil08:00Məktəblərdə payız tətili başa çatdı
-
Magazin206:16Yeni ilə qədər serialdan ayrılacaq - FOTO
-
Magazin104:14Toy, yas, sosial media... - Rəqsanənin hər addımı izlənəcək
-
Region03:43Məhkəmə digər qadınların şəkillərini bəyənən əri BELƏ CƏZALANDIRDI
-
Yaxın Şərq01:41Livan ABŞ-dan kömək istədi - Nə baş verir?

















.png)



















