Di Mariya çempion oldu: Qalmaqallı şəkildə
Bizi izləyin

İdman

Di Mariya çempion oldu: Qalmaqallı şəkildə

Argentinalı məşhur hücumçu Anxel Di Mariya vətənində daha bir titula sahib olub.

Publika.az xəbər verir ki, Argentina Futbol Federasiyası iki mərhələdən ibarət mövsümün ümumi xal cəmlərinə əsasən ən yüksək nəticə göstərən “Rosario Sentral”ı ölkə çempionu elan edib. İl üzrə ən çox xal toplayan komanda Libertadores Kubokuna da vəsiqə qazanıb.

“Rosario”nun çempion elan olunması ölkədə mübahisələrə səbəb olub. Federasiyanın qərarından sonra da, komandalar Apertura və Klausura turnirlərinin qaliblərini müəyyənləşdirmək üçün pley-off oyunlarını davam etdirəcək. Həmçinin iki divizionun ən güclüləri arasında keçiriləcək “qızıl oyun”da ölkənin ümumi ən yaxşı klubu müəyyənləşəcək.

Qeyd edək ki, bu titul Di Mariyanın karyerasında artıq 37-ci kubok olub.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm