İdman
Türkiyə millisinin pley-offdakı rəqibi müəyyənləşdi
Bu gün Avropa zonası üzrə 2026-cı il dünya çempionatının pley-off mərhələsinin püşkü atılıb.
Publika.az xəbər verir ki, mərasim İsveçrənin Sürix şəhərində baş tutub.
Pley-off mərhələsində mübarizə aparacaq 16 yığma dörd yola bölünüb. Komandalar iki mərhələdə - yarımfinal və finalda qarşılaşacaq. Hər yolun qalibi dünya çempionatının final mərhələsində iştirak hüququ qazanacaq.
Türkiyə yığmasının ilk rəqibi Rumıniya olacaq. "Ay-ulduzlular" üstün olacaqları təqdirdə finalda Slovakiya - Kosovo cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, pley-off mərhələsinin yarımfinal oyunları gələn ilin martın 26-da, əsas görüşləri isə 5 gün sonra - martın 31-də keçiriləcək.
A yolu
İtaliya - Şimali İrlandiya
Uels - Bosniya və Herseqovina
B yolu
Ukrayna - İsveç
Polşa - Albaniya
C yolu
Türkiyə - Rumıniya
Slovakiya - Kosovo
D yolu
Danimarka - Şimali Makedoniya
Çexiya - İrlandiya
Heybət
-
Magazin117:17Rəqsanənin 100 min borcunu o ödəyib - VİDEO
-
Sosial17:07Onlar pensiyaya daha tez çıxsın - TƏKLİF
-
Rəsmi xronika16:27İlham Əliyev iki sərəncam imzaladı
-
Sosial15:43Nazirdən pensiyalarla bağlı şad xəbər
-
İdman14:00Ulduz futbolçunun başı dərddə: Bu gözəl ondan hamilə qaldığını iddia edir - FOTOLAR
-
Qoroskop13:00Plansız yaşamayan 5 bürc - Sürprizləri əsla sevmirlər
-
Səhiyyə12:15İşsizlərə şad xəbər: Pulsuz istifadə edəcəklər - VİDEO
-
İdman12:00Qol sevinci Aktürkoğlunun başına bəla oldu: Məhkəməyə verdilər




































