Dünya
Albaniyanın süni intellekt naziri “həbs edildi”: Rüşvət üstündə
Albaniyanın dövlət idarəçiliyinin rəqəmsallaşdırılması üzrə milli təcrübəsi, ilk süni intellekt (AI) sistemi, nazir vəzifəsinə təyin edilmiş "Diella" korrupsiya qalmaqalının mərkəzinə düşüb.
Publika.az xəbər verir ki, bu barədə dekabrın 4-də mənbələrə istinadən "Newsbar" məlumat yayıb.
Qeyd olunur ki, Albaniyanın Korrupsiya və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Xüsusi Prokurorluğu dövlət idarəçiliyinin rəqəmsallaşdırılması üzrə eksperimenti dayandırıb və süni intellekti “oflayn rejimə” keçirib.
Məlum olub ki, hər bir müqavilənin dəyərinin 10-15%-nin AI-nin "standart əməliyyat protokolu" kimi şərh etdiyi naməlum hesablara köçürülüb. Neyroşəbəkə bu hərəkətləri zəruri hesab edib və onları cinayət kimi tanımayıb.
Prokurorluq həmçinin bildirib ki, süni intellekt kriptovalyutadan öz təkmilləşdirmələri, o cümlədən server və proqram təminatının alınması üçün istifadə etməyi planlaşdırır.
Nəşr iddia edir ki, nazirin süni intellekt üzrə vəkili müvəkkilinin hərəkətlərinə haqq qazandıran bəyanat hazırlayıb və bunu korrupsiya yox, “stress testi” adlandırıb.
Xatırladaq ki, "Diella" sentyabrın 11-də dövlət satınalmaları naziri təyin edilib. Oktyabrın 27-də isə Albaniyanın baş naziri Edi Rama "Diella"nın hamilə olduğunu və onun “övladlarının” məmurlara işlərində köməklik edəcəyini açıqlayıb.
Adəm
-
Dünya15:22Albaniyanın süni intellekt naziri “həbs edildi”: Rüşvət üstündə
-
Avropa13:37Britaniyada 200 evin sakini təcili təxliyə edildi: Polşanın 2 vətəndaşı saxlanıldı - Səbəb?
-
Dünya13:04İmamoğluna qarşı 450 min dollarlıq rüşvət iddiası: Ailəm təhlükədədir
-
Dünya12:57ABŞ-dan vətəndaşlarına çağırış: Venesuelanı dərhal tərk edin - Müharibə?
-
İdman12:28Türkiyədə növbəti həbslər: "Fənərbağça" və "Qalatasaray"ın futbolçuları, klub prezidenti... - VİDEO
-
Nida Xəbər 12:07Müdafiə Nazirliyinin yüksək vəzifəli əməkdaşı saxlanıldı
-
Nida Xəbər 11:53Nazir Əbdül Bayramovu vəzifəsindən azad etdi - FOTO
-
Sosial11:15Pensiyalar artırılacaq


















.jpg)
















