İdman
Suyun altında şahmat oynadılar: Karlsenin qalmaqallı rəqibi çempion oldu - VİDEO
Amerikalı qrossmeyster Hans Niman Keyptaunda keçirilən fristayl üzrə Böyük Dəbilqənin açılış mərasimində təşkil olunan nümayiş xarakterli sualtı şahmat yarışında qalib olub.
Publika.az xəbər verir ki, burada əsas yarış öncəsi dünyanın ən güclü şahmatçıları toplaşıb. Bu barədə "Reuters" məlumat yayıb.
Finalda Niman həmyerlisi Fabiano Karuananı məğlub edib. Oyunlar “Silo” otelinin hovuzunda baş tutub.
FIDE Dünya Kubokunun son qalibi olan özbək şahmatçısı Javohir Sindarov üçüncü yeri tutub.
"Diving Chess" adlanan format 2012-ci ildə London ixtiraçısı, ağıllı idman növləri olimpiadasının əsasını qoyan Eton İlfeld tərəfindən yaradılıb. Oyunda şahmatçılar gedişləri suyun altında nəfəs saxlayaraq edirlər.
Hər dəfə oyunçu nəfəs almaq üçün sudan qalxdıqda, rəqib dərhal suya dalmalı və gedişini etməli idi.
Niman hovuzdan çıxarkən medalını yerli azarkeşlərin alqışları altında nümayiş etdirib, daha sonra "Diving Chess" üzrə dünya çempionu Mixal Mazurkeviçlə üz-üzə gəlib. Polşalı şahmatçı Nimanın ikinci gedişdəki səhvinə görə rəqibini çətin vəziyyətə salsa da, amerikalı qrossmeyster onu da məğlub etməyi bacarıb.
Bir neçə il əvvəl Hans Niman Maqnus Karlsenlə birlikdə böyük qalmaqalın mərkəzində olmuşdu. 2022-ci ildə amerikalı şahmatçı Sinquefield Kubokunda norveçli ustanı məğlub etmişdi. Bundan sonra Karlsen rəqibini fırıldaqda ittiham edərək turnirdən çəkilmişdi. Sonrakı qarşılaşmalarında Maqnus ikinci gedişdə təslim olmuşdu. Niman isə dürüst oynadığını desə də, onlayn şahmatda daha əvvəl fırıldaqçılıq etdiyini etiraf etmişdi.
Heybət
American Hans Niemann became the first Diving Chess Cape Town champion, defeating compatriot Fabiano Caruana in a final played underwater, with each move made while holding a breath in the hotel pool https://t.co/YqutKG4k46 pic.twitter.com/7Y7GxKX1n8
— Reuters (@Reuters) December 5, 2025
-
Nəqliyyat03:43Avtobuslarda yeni ödəniş sistemi işə düşdü - VİDEO
-
İdman01:41Astroloqdan Kamila Valiyevaya XƏBƏRDARLIQ - 2026-cı ildə...
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş sürpriz yaşana bilər
-
Kriminal25 Dekabr 23:36Ev sahibini basdırıb üstündə it damı tikdi - Xaçmazda dəhşətli qətl
-
Sosial25 Dekabr 22:48Adı ölənlərin siyahısında çıxdı, 35 dəqiqə ürəyi dayandı, 1 ay komada qaldı - VİDEO
-
Magazin125 Dekabr 21:36"Oğlum da atasını görmədən dünyaya gəlib"
-
İdman25 Dekabr 20:48“Qızıl Top”a namizədlər açıqlandı - Messi neçəncidir?
-
MDB25 Dekabr 20:12Xanımı Çilidə uşaq dünyaya gətirən deputat vəzifədən AZAD EDİLDİ
















.jpg)







