İdman
Messi bu arzusuna çatmayıb: "Barselona"ya görə
"İnter Mayami"nin ulduzu Lionel Messi maraqlı açıqlama verib.
Publika.az xəbər verir ki, o, uşaqlıq arzusunun "Barselona"dakı debütü səbəbindən yarımçıq qaldığını bildirib:
“Uşaq vaxtı hər zaman "Nyuells"in əsas komandasında oynamağı xəyal edirdim. Stadionuna gedirdim, orada oynayırdım və Primerada peşəkar olmaq istəyirdim. Sonra 13 yaşımda həyatım tamamilə dəyişdi. Başqa ölkəyə köçdüm və "Barselona"da debüt etdim. Ondan sonra baş verənlər isə ən cəsarətli xəyallarımda belə təsəvvür edə bilməyəcəyim qədər böyük idi. Mən xəyal edə biləcəyimdən daha böyük anlar yaşadım”.
Qeyd edək ki, Messi "Barsa"nın əsas komandasında ilk dəfə 2003-cü il noyabrın 16-da "Porto"ya qarşı keçirilən yoldaşlıq görüşündə meydana çıxıb. Frenk Raykardın rəhbərliyi altında 71-ci dəqiqədə oyuna daxil olan 16 yaşlı argentinalı artıq fövqəladə istedadı ilə diqqət çəkirdi, baxmayaraq ki, bu qədər böyük zirvələrə çatacağı o vaxt heç kimin ağlına gəlmirdi. Onun rəsmi debütü isə təxminən bir il sonra – 2004-cü il oktyabrın 16-da La Liqada "Espanyol"a qarşı baş tutub.
Heybət
-
Avropa13:37Britaniyada 200 evin sakini təcili təxliyə edildi: Polşanın 2 vətəndaşı saxlanıldı - Səbəb?
-
Dünya13:04İmamoğluna qarşı 450 min dollarlıq rüşvət iddiası: Ailəm təhlükədədir
-
Dünya12:57ABŞ-dan vətəndaşlarına çağırış: Venesuelanı dərhal tərk edin - Müharibə?
-
İdman12:28Türkiyədə növbəti həbslər: "Fənərbağça" və "Qalatasaray"ın futbolçuları, klub prezidenti... - VİDEO
-
Nida Xəbər 12:07Müdafiə Nazirliyinin yüksək vəzifəli əməkdaşı saxlanıldı
-
Nida Xəbər 11:53Nazir Əbdül Bayramovu vəzifəsindən azad etdi - FOTO
-
Sosial11:15Pensiyalar artırılacaq
-
Region11:13Rusiyalı dənizçilər İranda girov saxlanılır: Nə baş verir?















.jpg)



.jpg)

.jpg)















