Dünya
13 il öncə yoxa çıxan təyyarə görün haradan tapıldı
Hindistanın 13 il öncə yoxa çıxan "Boeing 737-200" təyyarəsi tapılıb.
Publika.az yerli mediaya istinadən xəbər verir ki, təyyarə Kolkata Hava Limanında yeni qurğular üzərində işlər aparılarkən tapılıb.
Məlumata görə, tərk edilmiş təyyarənin "Air India"ya məxsus olduğu müəyyən edildikdən sonra oradan çıxarılıb. Hava limanı rəsmilərinin sözlərinə görə, indiyə kimi ərazidə daha 14 tərk edilmiş təyyarə müəyyən edilib.
Bildirilib ki, yaranan qarışıqlıq əsasən "Air India" və "Indian Airways"in birləşməsi zamanı yaranan inzibati xətalarla bağlıdır. Təyyarənin sahibini müəyyən etdikdən sonra Kolkata Hava Limanının rəsmiləri təxminən 120 min dollar məbləğində dayanacaq haqqı tələb ediblər.
Təyyarə tədqiqat üçün Hindistanın Benqaluru şəhərindəki "Kempegowda" Beynəlxalq Hava Limanına aparılıb.
Qeyd edək ki, 43 yaşlı VT-EHH qeydiyyatlı təyyarə 2012-ci ildə hava limanında park edilib. Lakin sonradan əsas vəsaitlərin qeydiyyatı, amortizasiya cədvəlləri, sığorta siyahıları və texniki xidmət proqnozları da daxil olmaqla bütün rəsmi qeydlərdən yoxa çıxıb.
Roza
-
Dəb03:13Bu il "nənə ətəyi" trend olacaq - FOTO
-
Nəqliyyat02:42İllərdir yolu gözlənilən qatarın FOTOLARI
-
Magazin100:30İrina Şeyk yeni obrazı ilə diqqət çəkdi - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Aranızdakı güvən sarsıla bilər
-
İdman19 May 23:00Alonso Mbappeyə elçi düşdü
-
İdman19 May 21:48"Barselona"nın müdafiəçisi üçün yeni səhifə açıla bilər
-
Magazin119 May 21:36Xalq artisti İzzət Bağırovla anasını kövrəltdi - VİDEO
-
MDB19 May 21:24Rusiya XİN-dən NATO-ya xəbərdarlıq - “Qaynar başlar” soyudulacaq
































