Dünya
Bu ölkə etiraf etdi: Fəlakətə doğru gedirik, Türkiyə ilə savaş an məsələsidir
İsrail ordusunun keçmiş komandiri, general-mayor İsrail Ziv "Channel 12" telekanalına müsahibəsində Qəzzanın gələcəyi və Türkiyə ilə bağlı diqqətçəkən fikirlər səsləndirib.
Publika.az xəbər verir ki, Ziv Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Yaxın Şərqdə yüksələn dominant fiqur olduğunu vurğulayıb.
O, Qəzzada sabitləşdirici qüvvə kimi hansı qüvvənin yerləşdiriləcəyi ilə bağlı qərarın önəmini qeyd edib:
"Qəzzada türk qoşunları əvəzinə, öz təhlükəsizliyimiz üçün Misir nəzarətinə üstünlük verməliyik. Türkiyə İranın bölgədəki təsirini əvəz edə biləcək yeganə regional güc kimi ortaya çıxıb. Ərdoğan müstəqil Fələstin dövlətinə tam dəstəyini verir. Bu yolla o, bölgəni Yaxın Şərqdəki Türkiyə oxunun bir hissəsinə çevirmək istəyir. Ramallah yolu Qəzzadan keçir".
General Ərdoğanın regional strategiyasının İsraili hər iki tərəfdən sıxışdırmağı hədəflədiyini iddia edib:
“Ərdoğan İsraillə hər iki sərhəddə, yəni şimalda və cənubda qarşıdurma yaratmaq istəyir. Ərdoğan əsgərlərini Qəzzaya sülhməramlı qüvvə kimi göndərmək üçün əlindən gələni edir. Türkiyə ordusunun Qəzzaya girməsi İsrail üçün çox ciddi bir məsələdir və yaxın gələcəkdə Türkiyə ilə İsrail arasında müharibəyə səbəb ola bilər".

Zivin sözlərinə görə, qarşıdan gələn Vaşinqton səfəri İsrailin Baş naziri Benyamin Netanyahu üçün sadəcə diplomatik təmasdan ibarət deyil: "Netanyahu Qəzzanın açarlarını Türkiyənin əlindən almaq üçün Trampla görüşəcək".
Ziv, həmçinin Netanyahunun ABŞ prezidenti Donald Trampla münasibətlərinə də toxunub. Onun sözlərinə görə, Netanyahunun Trampa tamamilə etibar etməsi təhlükəli ola bilər:
"Trampın bu məsələ ilə bağlı qərarı təkcə onun Ərdoğana və ya Netanyahuya daha yaxın olub-olmadığını deyil, həm də İsrailin təhlükəsizliyinin hara doğru getdiyini göstərəcək. Biz ya öz xeyrimizə, ya da fəlakətimizə doğru irəliləyirik".
Roza
-
Qoroskop01:40Günün ulduz falı: Enerjinizi bu işlərə yönəldin!
-
Dünya01:20ABŞ əməliyyatdan öncə Maduroya görün nə təklif edib
-
Region00:15Əraqçi ailəsi ilə birgə İrandan qaçdı - Hansı ölkəyə?
-
Nəqliyyat9 Yanvar 22:56Bakıda bu taksi şirkəti fəaliyyətini dayandırır
-
Cənubi Qafqaz9 Yanvar 22:42Tbilisidə məşhur ticarət mərkəzi YANDI - YENİLƏNDİ
-
Region9 Yanvar 22:14Rza Pəhləvi Trampdan kömək istədi: İrana müdaxilə etməyə hazır olun!
-
Maraq dünyası9 Yanvar 22:0040 ildir izlənirdi: Dünyanın ən böyük aysberqi bir neçə günə parça-parça olacaq
-
MDB9 Yanvar 20:48Rusiya Qara dənizdə 2 gəmiyə zərbə endirdi: Ölü və yaralılar var - FOTO
































