İdman
Usikin Uaylderlə döyüşü harada və nə vaxt olacaq? - Meneceri açıqladı
WBC, IBF, WBA Super, IBO və The Ring versiyaları üzrə çempion olan ukraynalı ağır çəkili boksçu Aleksandr Usik ilə amerikalı Deontey Uaylder arasında qarşılaşma 2026-cı ilin yazında ABŞ-da keçirilə bilər.
Publika.az xəbər verir ki, bu barədə Usikin meneceri Eqis Klimas “Boxing Media” nəşrinə məlumat verib.
Onun sözlərinə görə, döyüş aprel ayının sonu və ya mayın əvvəlində planlaşdırılır. Potensial keçiriləcək şəhərlər kimi Las-Veqas və Los-Anceles nəzərdən keçirilir. Döyüşün WBC tərəfindən könüllü müdafiə görüşü kimi təsdiqlənməsi gözlənilir.
Aleksandr Usik sonuncu dəfə iyul 2025-ci ildə rinqə çıxıb və revanş görüşündə britaniyalı Daniel Dubuaunu nokautla məğlub edib. Ukraynalı boksçunun peşəkar karyerasında 24 qələbəsi var, onlardan 15-i nokautla qazanılıb.
Deontey Uaylder isə sonuncu döyüşünü iyun 2025-ci ildə keçirib və həmvətənlisi Tayrell Entoni Herndonu texniki nokautla məğlub edib. Amerikalı boksçunun aktivində 44 qələbə (43 nokaut), 4 məğlubiyyət və 1 heç-heçə var.
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 2 Aprel 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq2 Aprel 20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ










.jpg)







.jpg)


















