Dünya
Madurodan gözlənilməz etiraf: Onu “böyük qardaş” adlandırdı
Venesuela Prezidenti Nikolas Maduro Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığını yüksək qiymətləndirib və ikitərəfli münasibətlərin yüksək səviyyəsini vurğulayıb.
Publika.az xəbər verir ki, Maduronun sözlərinə görə, söhbət uzun çəkib. O, “böyük qardaş” adlandırdığı Rusiya prezidentinin mövcud Venesuela hakimiyyətini dəstəklədiyini bildirib.
Putin Venesuela xalqının dözümlülüyünü qeyd edib və Latın Amerikası regionunda suverenliyin və sabitliyin qorunmasına sadiqliyini bir daha təsdiqləyib. Karakas bu siqnalları Moskvanın müttəfiqliyinin birbaşa təsdiqi kimi qiymətləndirib.
Venesuela lideri əməkdaşlığın praktik nəticələrini də vurğulayıb. Maduro həmçinin tarixi vurğulayaraq, mövcud münasibətləri iki yüz il əvvəl Venesuela azadlıq hərəkatının lideri Fransisko de Mirandanın Rusiya imperatriçası Yekaterina ilə görüşdüyü hadisələrlə əlaqələndirib.
Onun sözlərinə görə, məhz o zaman xalqlar arasında uzunmüddətli əlaqələrin təməli qoyulub. Maduro Vladimir Putin və Uqo Çaves arasında təxminən 25 il əvvəl baş tutan ilk görüşü də xatırladıb.
Tural
-
Rəsmi xronika11:16Prezident onları qəbul etdi
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
-
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə




































