Dünya
CHP parçalanma və kütləvi istefa astanasında - Kılıçdaroğlu geri dönür?
Türkiyədə Cumhuriyyət Xalq Partiyası (CHP) daxilində gərginlik yenidən yüksəlir. CHP daxilində uzun müddətdir davam edən narazılıqlar fonunda Kamal Kılıçdaroğlunun yeni partiya qurmağa hazırlaşması ilə bağlı iddialar siyasi gündəmi yenidən hərəkətləndirib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kılıçdaroğlunun belə bir addım atacağı təqdirdə 10-25 millət vəkilinin kütləvi şəkildə istefa verərək onun yanında yer alması mümkündür.
Bu ehtimal CHP rəhbərliyi ilə müxalif qanad arasında gərginliyi daha da artırıb. CHP rəhbərliyinin tənqidlərə qarşı intizam mexanizmini tez-tez işə salması, həmçinin korrupsiya iddialarında adı hallanan bəzi şəxslərin “sorğusuz müdafiə olunması” iddiası partiya içində narazılığı pik həddə çatdırıb.
39-cu Qurultaydan sonra təsiri zəifləyən müxalifət qanadı hesab edir ki, mövcud idarəetmə üslubu dəyişməzsə, yeni siyasi struktur qaçılmaz olacaq.
Məlumata görə, Kılıçdaroğluna yeni partiya yaratmaq çağırışı həm keçmiş təşkilat rəhbərləri, həm də bir sıra millət vəkilləri arasında geniş yayılıb. Kılıçdaroğlunun isə hazırda “mütləq etibarsızlıq” işi üzrə apelyasiya prosesini izlədiyi, qərarını bu prosesin nəticəsindən sonra verə biləcəyi deyilir.
CHP daxilindəki proseslər 2026-cı ilə doğru partiyanın ciddi dönüş nöqtəsinə yaxınlaşdığını göstərir. Kılıçdaroğlunun mümkün qərarı həm parlamentdə güc bölgüsünə, həm də müxalifət daxilindəki siyasi balansa ciddi təsir göstərə bilər.
Roza
-
Hadisə16:1520 işçinin maaşını verməyən icarədar saxlanıldı
-
Yaxın Şərq16:05Hərbçilər 4 kilometrlik tuneli məhv etdilər
-
Magazin215:357 kilo arıqlayan müğənni bikinidə fotosunu paylaşdı - FOTO
-
Sağlamlıq14:36Daha bir virus bu ölkəni bürüyür: Müalicəsi yoxdur, ölüm nisbəti dəhşətlidir
-
Region14:09Laricaninin qızı ABŞ universitetindən qovuldu
-
Magazin213:2856 yaşlı Cennifer Lopez alış-verişə büsqaltersiz gəldi - FOTOLAR
-
Region10:13Bələdiyyədə korrupsiya əməliyyatı: Səkkiz nəfər həbs edildi
-
Hadisə09:32Samuxda avtobus aşdı, ölən və xəsarət alanlar var
































