Dünya
Ağ Ev etiraf etdi: Putin sülh istəmir - Görün nə tələb edir
ABŞ prezidenti Donald Tramp Kreml lideri Vladimir Putinin sülh istədiyinə inanmır.
Publika.az xəbər verir ki, Tramp Rusiya liderinin sonda bütün Ukraynanı işğal etmək niyyətində olduğuna əmindir.
Bunu Ağ Evin aparat rəhbəri Syuzi Uayls “Vanity Fair” jurnalına verdiyi müsahibədə deyib.
Nəşrin məlumatına görə, Trampın komandası Putinin Ukraynanın tam ələ keçirilməsindən başqa bir şey istəyib-istəmədiyinə dair fikir ayrılığına düşüb. Eyni zamanda, ABŞ prezidentinin özü də Rusiya liderinin sülh istəmədiyinə inanır.
"Ekspertlər hesab edirlər ki, əgər o, Donetsk vilayətinin qalan hissəsini ələ keçirə bilsəydi, məmnun qalardı", - deyə Uayls bildirib.
Lakin onun sözlərinə görə, Tramp ekspertlərin bu iddiasına inanmayıb. O, Putinin sülh istədiyini düşünmür.
"Donald Tramp Putinin bütün Ukraynanı istədiyini düşünür", - deyə Uayls əlavə edib.
Tural
-
ABŞ19:00Argentina İranın müvəqqəti işlər vəkilinə iki gün vaxt verdi
-
Region18:48Müəllimin geyimi müzakirə mövzusu oldu
-
Nida Xəbər 17:36BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi
-
Region15:38Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf













.jpg)




















