Dünya
Çinin ən böyük dəniz yatağı REKORD QIRDI
Çinin Milli Dəniz Neft-Qaz Korporasiyası (CNOOC) 2025-ci ildə Bohay yatağında hasilat üzrə rekord göstəriciyə nail olub. Belə ki, neft ekvivalenti ilə 40 milyon ton neft və qaz hasil edilib.
Publika.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Qeyd olunub ki, bu nəticə şirkətə ölkənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və dayanıqlı sosial-iqtisadi inkişafa mühüm töhfə verməyə imkan yaradıb.
Korporasiya nümayəndəsinin sözlərinə görə, göstəricilərin artımı “Kenli 10-2” və “Boçjun 26-6” yataqları da daxil olmaqla bir sıra əsas obyektlərin səmərəli istismarı ilə bağlıdır. Paralel olaraq rəqəmsal transformasiya prosesi və intellektual texnologiyaların tətbiqi sürətləndirilib.
Sarı dənizin şimalında, eyniadlı körfəzdə yerləşən Bohay yatağı Çinin ən böyük dəniz neft-qaz hövzəsidir. Bu ərazidə 60-dan çox hasilat zonası və təxminən 200 istehsal obyekti fəaliyyət göstərir. Yataqda ümumi hasilat həcmi artıq 600 milyon tonu keçib.
Hüseyn İbadlı
-
Magazin206:16Ariana Qrande məşhur jurnalı ələ saldı: Altıncı barmağa görə təşəkkürlər
-
ABŞ05:45İran hakimiyyəti "batan gəmidəki siçovullar kimi" davranır - ABŞ köçürülən pullar barədə...
-
İdman05:15“Qızıl top”a namizədlərin yenilənmiş reytinqi: Birinci kimdir?
-
ABŞ02:19Epşteyn işi: İlon Maskla yazışmalar üzə çıxdı
-
Qoroskop02:00Günün ulduz falı: Zehni gərginlik mümkündür
-
İdman01:40Sərfəli təklif aldı, getmək istəyir - "Qarabağ"a şok
-
Magazin230 Yanvar 23:05“Evdə tək” filminin aktrisası vəfat etdi
-
Sosial30 Yanvar 22:20Azərbaycanda bu şəxslərə əsgərliyə gedəndə 3500 manat veriləcək


























.jpg)





