ABŞ
Epşteyn işi: İlon Maskla yazışmalar üzə çıxdı
ABŞ-li milyarder İlon Maskın bir neçə il ərzində maliyyəçi Ceffri Epşteynlə yazışmaları üzə çıxıb.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi tərəfindən dərc olunan yeni materiallardan məlum olub.
Bildirilir ki, Mask bu əlaqələri dəfələrlə təkzib etsə də, sənədlər onun Epşteynlə ən azı bir neçə il ərzində ünsiyyətdə olduğunu göstərir.
Məlumata görə, ABŞ baş prokurorunun müavini Todd Blanş cümə günü Epşteyn işi üzrə materialların dərcinin başa çatdığını açıqlayıb. Son açıqlamalarla birlikdə ictimaiyyətə təqdim edilən məlumatların həcmi 3,5 milyon faylı keçib. Bu materiallara sənədlər, elektron məktublar, eləcə də mərhum maliyyəçinin insan alveri ilə bağlı cinayət işinin istintaqına aid foto və videolar daxildir.
Arxiv materiallarına əsasən, 2012-ci ilin noyabr ayının sonlarında Maskla Epşteyn arasında logistika ilə bağlı yazışmalar aparılıb. Tərəflər milyarderin o vaxtkı sevgilisi, aktrisa Talula Rayli ilə birlikdə Epşteynə məxsus şəxsi adaya daşınma məsələlərini müzakirə ediblər.
Sənədlərdə həmçinin Maskın 2013-cü ilin dekabrında Epşteynə mümkün səfərinin tarixlərini dəqiqləşdirdiyi məktublar yer alır.
Qeyd edək ki, İlon Mask Epşteynlə hər hansı əlaqəsinin olduğunu dəfələrlə inkar edib.
-
Pul14:23Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
-
Rəsmi xronika13:37Azərbaycanda işçilərə şirkət payı veriləcək
-
ABŞ13:07Trampdan "2028" mesajı: Prezident seçkilərində namizədliyinə eyham vurdu
-
Rəsmi xronika13:03Bu şəxslər 7 min manatadək cərimələnəcək
-
Dünya12:47Yaponiya bu hadisəyə hazırlaşır - Paytaxt üçün ehtiyat plan bəlli oldu
-
Ekologiya12:37Sabah 41 dərəcə isti olacaq - PROQNOZ
-
Hadisə11:52Bakı çimərliklərində təhlükə iddiası: Azyaşlı qızlara yaxınlaşan şəxs axtarılır - FOTO
-
İdman11:10Bunun adı soyğunçuluqdur – ABŞ İspaniyanın mükafatından 19 milyon vergi tutacaq?
























.jpg)















