Dünya
Falçı və cadugər yanına gedənlər CƏRİMƏLƏNƏCƏK
Tacikistan parlamentinin yuxarı palatası – Milli Məclis falçı və cadugərlərin xidmətlərindən istifadəyə görə inzibati cərimələrin tətbiqini təsdiqləyib.
Publika.az xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə əsasən, falçı və cadugərlərin yanına müraciət edən şəxslər 3 min 750 manatdan 4 min 500 somoniyə qədər (təxminən 486 ABŞ dolları) cərimələnəcək.
Milli Məclisin üzvü Məhmədəli Vətənzodanın sözlərinə görə, bu dəyişikliklərin əsas məqsədi ölkədə ekstremist ideologiyanın yayılmasının qarşısını almaq, eləcə də cəmiyyət arasında xurafatçılığın artmasını önləməkdir. Deputat bildirib ki, falçılıq və cadugərlik fəaliyyəti müxtəlif hallarda insanların aldadılmasına, dini və sosial radikal meyillərin güclənməsinə zəmin yaradır.
Tacikistanda son illər qeyri-rəsmi dini praktikalar və xurafat xarakterli fəaliyyətlərlə mübarizə dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi təqdim olunur.
Qeyd edək ki, Azərbaycanda falçı və cadugərlərin xidmətindən istifadə edən vətəndaşlara qarşı birbaşa cərimə və ya inzibati məsuliyyət nəzərdə tutulmur. Mövcud qanunvericiliyə əsasən, məsuliyyət əsasən falçılıq fəaliyyəti ilə qazanc əldə edən, qanunsuz sahibkarlıqla məşğul olan və ya dələduzluq edən şəxslərə şamil olunur. Yalnız bu fəaliyyət aldadılma, maddi zərər, psixoloji təzyiq və ya digər hüquqpozmalara səbəb olduqda, falçılar İnzibati Xətalar və ya Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cəzalandırıla bilər. Azərbaycanda bu sahədə yanaşma vətəndaşın deyil, qanunsuz fəaliyyəti həyata keçirən tərəfin məsuliyyət daşıması prinsipinə əsaslanır.
(Müsavat.com)
-
Nida Xəbər 17:36BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi
-
Region15:38Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq












.jpg)




















