Dünya
Ankaraya qarşı cəbhə quruldu: Türkiyəni “küncə sıxmağa” hazırlaşırlar
İsrail, Yunanıstan və Cənubi Kipr arasında Qərbi Qüdsdə keçirilən zirvə görüşü İsrail və Yunanıstan mətbuatı tərəfindən geniş işıqlandırılıb. Dərc olunan xəbərlərdə görüşdə Türkiyə üçün nəzərdə tutulan mesajlar dəyərləndirilib.
Publika.az xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis və Cənubi Kipr Administrasiyasının lideri Nikos Xristodulides arasındakı görüş mətbuatda "Ankaraya mesaj" kimi şərh edilib.
"Israel Hayom" qəzeti "İsrail, Yunanıstan və Kipr: Türkiyəyə qarşı strateji ox güclənir" başlıqlı məqaləsində bu görüşün əsas məqsədinin Şərqi Aralıq dənizində regional ittifaqı artırmaq olduğunu yazıb. "Türkiyənin artan gücünə qarşı keçirilən bu zirvə görüşü həmişəkindən daha vacib idi", - məqalədə qeyd olunub.
Tel-Əvivin “Channel 7” telekanalı “Netanyahunun Ərdoğana mesajı” başlıqlı xəbərində İsrailin Baş nazirinin "Torpaqlarımıza nəzarət edə biləcəklərini düşünənlərə deyirəm ki, bunu unudun. Bu, heç vaxt baş verməyəcək. Özümüzü müdafiə etməkdə qərarlıyıq" sözlərini Ankaraya mesaj kimi şərh edib.

"Ynet" nəşri bu xəbəri “Ortaq düşmən Türkiyəyə qarşı güclü ittifaq bir araya gəldi” başlığı ilə çatdırıb. Bildirilib ki, Ankaraya qarşı mütəşəkkil "Sürətli müdaxilə qüvvəsi" yaratmaq üçün addımlar atılacaq.
Yunanıstanın "NewsBomb" qəzeti "Yunanıstan-Cənubi Kipr-İsrail üçlüyü Türkiyəni küncə sıxacaq" başlıqlı məqaləsində iddia edib ki, bu görüş, regiondakı reallıqların ittifaqın xeyrinə dəyişəcəyinin göstəricisidir.
"Nemesis" nəşri isə bu xəbəri "Netanyahunun Soyuq Müharibə Xəbərdarlığı" başlığı ilə təqdim edib. "Netanyahu İsrail, Yunanıstan və Cənubi Kiprin münaqişə axtarmadığını göstərib, eyni zamanda güc tətbiq etmədən sülhə nail ola bilməyəcəyini açıq şəkildə bildirib. Bu bəyanat mövcud geosiyasi mühitdə üçtərəfli əməkdaşlığın sərhədlərini genişləndirməyi düşünən hər kəs üçün xəbərdarlıqdır", - nəşr vurğulayıb.
Roza
-
Nida Xəbər 17:36BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi
-
Region15:38Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq












.jpg)




















