Dünya
Yüksək inkişaf etmiş sivilizasiyanın İZLƏRİ TAPILDI
Pakistanın Pəncab əyalətinin Arxeologiya Departamenti Taksila yaxınlığında yerləşən Bhir abidəsində aparılan qazıntılar zamanı eramızdan əvvəl VI əsrə aid, yüksək təşkilatlanmış qədim sivilizasiyanın mövcudluğunu sübut edən faktlar aşkarlayıb.
Publika.az xəbər verir ki, bu barədə "The Express Tribune" qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, qazıntıların məqsədi Taksilanın ən erkən şəhərinin elmi baxımdan öyrənilməsi və onun mənşəyinin aydınlaşdırılmasıdır. Tədqiqatlar zamanı erkən şəhərsalma əlamətləri — dar küçələr, yaşayış binaları, quyular, taxıl anbarları və gündəlik məişət əşyaları müəyyən edilib.
Mütəxəssislər bildiriblər ki, şəhər təbii şəkildə inkişaf edib, onun planlaşdırılması sonralar meydana çıxmış yunan modellərindən fərqlənir və erkən şəhər məkanının təşkili ilə bağlı yerli yanaşmanı əks etdirir.
Pəncab Arxeologiya Departamenti abidənin sənədləşdirilməsində GPS texnologiyaları, dronlar, 3D skanlama və rəqəmsal xəritələşdirmə kimi müasir üsullardan istifadə edir. Bu yanaşmalar tikililərin və artefaktların maksimum dəqiqliklə qeydə alınmasına və gələcək akademik tədqiqatlar üçün etibarlı məlumat bazasının formalaşdırılmasına imkan yaradır.
Abidədə aparılan işlər təkcə tapıntıların öyrənilməsinə deyil, eyni zamanda gənc arxeoloqların hazırlanmasına da yönəlib. Bundan başqa, ictimaiyyətin tarixi obyektə çıxışını asanlaşdırmaq məqsədilə Bhir təpəsində açıq səma altında muzeyin yaradılması imkanı da nəzərdən keçirilir.
Pəncab Arxeologiya Departamentinin sabiq direktoru Malik Maksud Əhməd qeyd edib ki, Bhir Taksilanın ən qədim şəhəridir və burada yaşayışın ən azı eramızdan əvvəl VI əsrdən mövcud olduğu müəyyən edilib. O, abidənin Qandhara sivilizasiyasının tarixi baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb, həmçinin ərazidə Əhəmənilər dövrünə, erkən Mauriya sülaləsinə və Makedoniyalı İsgəndin gəlişindən əvvəlki mərhələyə aid qalıqların mövcud olduğunu bildirib.
Əhməd əlavə edib ki, şəhər Mərkəzi Asiya, Əfqanıstan və Hindistan yarımadasını birləşdirən qədim ticarət yolları üzərində yerləşib. Onun sözlərinə görə, elmi tədqiqatlar, sistemli sənədləşdirmə və mədəni irsin qorunması tədbirləri Pəncabın arxeoloji araşdırmalar və tarixi abidələrin mühafizəsi sahəsində regional mərkəz kimi mövqeyini daha da möhkəmləndirir.
Hüseyn İbadlı
-
Region18:48Müəllimin geyimi müzakirə mövzusu oldu
-
Nida Xəbər 17:36BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi
-
Region15:38Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək














.jpg)



















