Dünya
Maduro Trampı qıcıqlandırır: Elə bir dəstək alırıq ki...
Venesuela prezidenti Nikolas Maduro ABŞ-ın Venesuela neft tankerlərini ələ keçirməsi səbəbindən Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasından böyük dəstək aldıqlarını bildirib.
Publika.az xəbər verir ki, Maduro jurnalistlərə açıqlamasında ABŞ-ın bu hərəkətini "piratçılıq" adlandırıb.
"Heç kim Venesuelanı məğlub edə bilməz. Təhlükəsizlik Şurası Venesuelaya sərbəst naviqasiya və ticarət hüququ məsələsində böyük dəstək verir", - o qeyd edib.
Digər tərəfdən, Venesuela xarici işlər naziri İvan Gil sosial media hesabında məsələ ilə bağlı verdiyi açıqlamada ölkəsinin BMT Təhlükəsizlik Şurasının iclasında ABŞ hökumətinin bütün yalanlarını təkzib etdiyini iddia edib.
"Dünyanın heç bir ölkəsi, hətta ABŞ-ın tarixi müttəfiqləri belə, saxta narkotik ticarəti ilə mübarizə bəhanəsi ilə azad və suveren bir milləti tabe etmək üçün güc tətbiqini dəstəkləməyib", - o söyləyib.
Qeyd edək ki, dekabrın 16-da ABŞ prezidenti Donald Tramp narkotik terrorizmini maliyyələşdirdikləri iddiası ilə Venesuelaya daxil olan və ya çıxan bütün sanksiyalı neft tankerlərinin tam blokadası əmrini verib.
Roza
-
Nida Xəbər 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ
-
İdman19:48PSJ Luis Enrikeyə bu qədər maaş təklif edir
-
ABŞ19:00Argentina İranın müvəqqəti işlər vəkilinə iki gün vaxt verdi
-
Region18:48Müəllimin geyimi müzakirə mövzusu oldu
-
Nida Xəbər 17:36BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi
-
Region15:38Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?
































