Yaxın Şərq
G7 və Körfəz ölkələri Hörmüz boğazına görə TƏCİLİ TOPLANIR
"Böyük Yeddilik" (G7) ölkələri və Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası (FKƏŞ) gələn həftə Hörmüz boğazındakı vəziyyətlə bağlı görüş keçirəcəklər.
Publika.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Paskal Konfavre bəyanat verib.
"Gələn həftə G7 və FKƏŞ dövlətləri arasında bu məsələ ilə bağlı planlaşdırılan görüşün hazırlanması ilə məşğuluq", - deyə o, xarici siyasət idarəsində keçirilən brifinq zamanı bildirib.
Aprelin 2-də Fransa Prezidenti Emmanuel Makron Hörmüz boğazının blokadadan çıxarılması üçün hərbi əməliyyatın qeyri-real olduğunu deyib. Fransa liderinin fikrincə, belə bir əməliyyat boğaza çıxışı olan ölkələrin sahillərini riskə ata bilər.
Ötən gün Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bəyan edib ki, Avropa İttifaqı və Böyük Britaniya Hörmüz boğazında gəmiçiliyin "tezliklə bərpası" üçün tərəfdaşlarla əməkdaşlıq edəcək.
Xatırladaq ki, fevralın 28-də ABŞ İsrail ilə birlikdə İrana qarşı hərbi əməliyyata başlayıb. Cavab olaraq Tehran İsrailə, eləcə də Yaxın Şərqdəki Amerika bazalarına raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirir. Bundan əlavə, Tehran qeyri-dost ölkələrin gəmiləri üçün Hörmüz boğazına girişi bağlayıb.
Hüseyn İbadlı
-
MDB14:34Hökumətdə böyük dəyişikliklər - Rusiyada nə baş verir?
-
Rəsmi xronika14:23Prezident bir qrup energetiki təltif etdi
-
Sosial13:32Onları da əsgər aparacaqlar - Rəsmi açıqlama
-
Sosial12:29Ramiz Mehdiyev nə dediyini bilmir - Oğlu
-
Sosial11:54Axar.az saytı 13 yaşını qeyd edir
-
Rəsmi xronika11:27Anar Bayramov səhiyyə naziri təyin edildi
-
Hadisə10:30Azərbaycanda iki hərbçi HƏBS OLUNDU
-
Maraq dünyası09:30Dünyanın ən qədim gəmi qəzası Türkiyə sahillərində olub - Yeri tapıldı




































