Dünya
Əfqanıstandan Tacikistana hücum: Ölənlər var
Xatlon bölgəsində Tacikistan sərhədçiləri ilə döyüşdə Əfqanıstandan olan üç silahlı terrorçu öldürülüb, iki sərhədçi isə həlak olub.
Publika.az xəbər verir ki, bu barədə Tacikistan Dövlət Milli Təhlükəsizlik Komitəsinin (DMTK) mətbuat mərkəzi məlumat yayıb.
"Xatlon vilayətinin Şəmsiddin Şoxin rayonunda Tacikistan sərhədçiləri ilə baş verən toqquşma zamanı Əfqanıstandan olan üç silahlı terrorçu öldürülüb, iki sərhədçi isə həlak olub", - deyə açıqlamada bildirilir.
Qeyd olunur ki, terrorçular dekabrın 24-ü səhər tezdən rayona daxil olublar və tezliklə sərhədçilər tərəfindən aşkar ediliblər.
Terrorçular sərhədçilərin təslim olmaq əmrinə tabe olmaqdan imtina ediblər və silahlı müqavimət göstəriblər.
Bildirilir ki, onlar Tacikistan sərhəd postlarından birinə silahlı hücum etmək niyyətində olublar. Toqquşma yerində üç M-16 tüfəngi, bir Kalaşnikov avtomatı, səsboğuculu üç tapança, 10 əl qumbarası, gecə görmə cihazı, partlayıcı maddələr və digər sursat müsadirə edilib.
Bu, son bir ayda Əfqanıstandan Tacikistana silahlı hücum, terror aktı və sərhədi keçmə ilə bağlı mülki şəxslərin və hərbçilərin ölümü ilə nəticələnən üçüncü hadisədir.
Tural
-
Dünya09:48Mərkəzi Banka xəbərdarlıq edildi: Hazırlaşın, kiçik yaşıl adamlar gəlir, xaos yaşanacaq
-
İqtisadi gündəm09:33Pensiya kapitalı nə qədər artırılacaq? - Rəsmi rəqəm elan olundu
-
Maraq dünyası09:00Həyat 101 yaşında YENİDƏN BAŞLAYIR - Uzunömürlülüyün sirləri açıldı
-
Magazin108:00Adriana Lima jurnal üçün çılpaq poza verdi - FOTO
-
Magazin106:46Nazpəri mərhum oğlunun övladını belə təbrik etdi - VİDEO
-
Dünya06:16Müəllim 12 yaşlı şagirdindən uşaq dünyaya gətirdi
-
Dünya05:45Göyərtəsində 400-ə yaxın insanın olduğu BƏRƏ BATDI
-
Avropa03:13Zelenski Avropa Birliyindən görün nə istədi















.jpg)



















