Dünya
ABŞ gücləndikcə Avropa geriləyir, parçalanmağa doğru gedir - Orban
Macarıstanın baş naziri Viktor Orban mətbuata açıqlamasında Ukrayna-Rusiya müharibəsi və Avropa qitəsi ilə bağlı şərh verib.
Publika.az xəbər verir ki, Orban Avropa İttifaqının (Aİ) dağılma prosesində olduğunu bildirib.
"20 il əvvəl Aİ-nin iqtisadi gücü ABŞ-ın gücünə yaxın idi, lakin bu gün ABŞ gücləndikcə Avropa geriləyir. Baş verənlər Brüssel bürokratiyasının imperiya ambisiyalarının güclənməsi ilə eyni vaxtda irəliləyən parçalanma prosesidir. Qərarlar Brüsseldə qəbul edilir, lakin üzv dövlətlərdə tətbiq olunmur və beləliklə, birlik dağılır”, - o qeyd edib.
2025-ci ilin Avropanın son sülh ili olub-olmayacağı ilə bağlı suala cavab olaraq Orban "hə" cavabını verib: "Bu ehtimalı istisna etmək olmaz. Biz sülhə öyrəşmişik. Avropa qitəsində müharibənin nüvə fəlakətinə çevrilməsi qorxusu qitə əhalisini uzun müddət müharibələrdən uzaq tutub. Amma indi tamamilə fərqli bir dünya formalaşır".
Orban iddia edib ki, 18-19 dekabr tarixlərində Avropa İttifaı Liderlər Zirvəsində verilən bəzi qərarlar və təkliflər Ukraynadakı müharibəni alovlandırmaq və Rusiyanı təhrik etmək məqsədi daşıyır: “Avropada iki qrup var. Biri müharibə qrupu, digəri sülh. Hazırda müharibə tərəfdarı olan qrup dominantdır. Brüssel müharibə istəyir. Macarıstan olaraq biz isə sülh istəyirik”.
Roza
-
Nida Xəbər 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ
-
İdman19:48PSJ Luis Enrikeyə bu qədər maaş təklif edir
-
ABŞ19:00Argentina İranın müvəqqəti işlər vəkilinə iki gün vaxt verdi
-
Region18:48Müəllimin geyimi müzakirə mövzusu oldu
-
Nida Xəbər 17:36BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi
-
Region15:38Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?





























