Dünya
Çin təxribatlara dərhal və sərt cavab verəcək: Xəbərdarlıq
Çin ordusu Tayvanla bağlı istənilən təxribata dərhal və qətiyyətlə cavab verməyə hazırdır.
Publika.az xəbər verir ki, bunu Çin Müdafiə Nazirliyinin sözçüsü Çjan Syaoqan bildirib.
O, Xalq Azadlıq Ordusunun (XAO) daim döyüş hazırlığında olduğunu açıq şəkildə bildirib.
Pekin Tayvanı daim öz ərazisinin ayrılmaz hissəsi kimi görür. Çinin rəsmi mövqeyinə görə, "vahid Çin" prinsipi tanınmadan onunla diplomatik münasibətlərin qurulması və ya davam etdirilməsi mümkün deyil.
"XAO daim hazırlıq vəziyyətindədir, istənilən an döyüşməyə hazırdır və Tayvanın müstəqilliyinə və xarici müdaxiləyə yönəlmiş hər hansı bir separatizm cəhdini qətiyyətlə yatırmaqla qələbə qazanacağına zəmanət verir", - deyə Syaoqan bildirib.
Sözçü vurğulayıb ki, dinc şəkildə yenidən birləşmək üçün səmimi istəyinə baxmayaraq, Çin istənilən zəruri tədbirləri görmək hüququnu özündə saxlayır. Qırmızı xətləri keçən və separatçı qüvvələr hesab edilən hər hansı bir hərəkət ordu tərəfindən sərt şəkildə dərhal cavablandırılacaq.
Adəm
-
Nida Xəbər 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ
-
İdman19:48PSJ Luis Enrikeyə bu qədər maaş təklif edir
-
ABŞ19:00Argentina İranın müvəqqəti işlər vəkilinə iki gün vaxt verdi
-
Region18:48Müəllimin geyimi müzakirə mövzusu oldu
-
Nida Xəbər 17:36BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi
-
Region15:38Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?





























