Dünya
Şirkətini satıb işçilərinə 240 milyon dollar payladı
ABŞ-ın Luiziana ştatında fəaliyyət göstərən "Fibrebond" şirkətinin satışı işçilər üçün böyük maddi qazanca çevrilib. Şirkətin sahibi Qrem Uolker satışdan əldə olunan gəlirin 15 faizini işçilərə paylayıb.
Publika.az xəbər verir ki, bu barədə “Wall Street Journal” məlumat yayıb.
"Fibrebond" enerji idarəetmə şirkəti olan "Eaton"-a 1,7 milyard dollara satılıb. Bu qərar nəticəsində 540 tam ştatlı işçi ümumilikdə 240 milyon dollar bonus əldə edib.
Bildirilir ki, orta hesabla hər işçiyə 443 min dollar düşüb. Bonuslar işçilərin şirkətdə ən azı beş il qalması şərti ilə mərhələli şəkildə ödəniləcək. Uzun müddət çalışan əməkdaşlar isə daha yüksək məbləğlər alacaqlar.
Qeyd edək ki, "Fibrebond" Luiziananın Minden şəhərində Uolker ailəsi tərəfindən təsis edilib və elektrik avadanlıqları üçün korpus hissələrinin istehsalı ilə məşğuldur.
Roza
-
Nida Xəbər 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ
-
İdman19:48PSJ Luis Enrikeyə bu qədər maaş təklif edir
-
ABŞ19:00Argentina İranın müvəqqəti işlər vəkilinə iki gün vaxt verdi
-
Region18:48Müəllimin geyimi müzakirə mövzusu oldu
-
Nida Xəbər 17:36BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi
-
Region15:38Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?





























