Rusiya Tayvanı Çinin ayrılmaz hissəsi kimi tanıdı
Bizi izləyin

Dünya

Rusiya Tayvanı Çinin ayrılmaz hissəsi kimi tanıdı

Rusiya Tayvanı Çinin ayrılmaz hissəsi kimi tanıdı

“Rusiya Tayvanın müstəqilliyinə istənilən formada qarşı çıxır; o, Çinin ayrılmaz hissəsidir”.

Publika.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov TASS agentliyinə verdiyi müsahibədə bildirib.

O vurğulayıb ki, "Rusiyanın Tayvan məsələsindəki fundamental mövqeyi hamıya məlumdur, dəyişməzdir və ən yüksək səviyyədə dəfələrlə təsdiqlənib:

“Rusiya Tayvanı Çinin ayrılmaz hissəsi kimi tanıyır və adanın istənilən formada müstəqilliyinə qarşıdır”.

Dekabrın 28-də Vaşinqtondakı Çin səfirliyinin sözçüsü Liu Penqyu ABŞ-ın silah satışına görə Tayvanı "barıt çəlləyi" adlandırıb. O qeyd edib ki, vergi ödəyicilərinin pullarını israf edən "Tayvan qüvvələri" separatçı gündəmi irəli sürərkən hərbi qüdrətlərini artırmağa çalışırlar.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm