Dünya
Çiçəklənən separatizim yuvası - Ada “barıt çəlləyi”nə çevrilə bilər
“Amerika silahları adaya satıldıqdan sonra Tayvan “barıt çəlləyi”nə çevrilə bilər”.
Publika.az xəbər verir ki, bunu Vaşinqtondakı Çin səfirliyinin sözçüsü Liu Pengyu “RİA Novosti”yə bildirib.
O qeyd edib ki, Tayvan qüvvələri separatçı gündəmi təşviq etməklə hərbi güclərini artırmağa çalışırlar.
"Separatçı qüvvələr vergi ödəyicilərinin pullarını silah alışına sərf edir və hətta Tayvanı “barıt çəlləyi”nə çevirmək riskini daşıyırlar", - deyə o bildirib.
Daha əvvəl Çin Xarici İşlər Nazirliyi Tayvana silah tədarükü ilə əlaqədar iyirmi Amerika müdafiə şirkətinə qarşı sanksiyalar elan etmişdi. Dərc olunmuş məlumata görə, məhdudiyyətlər 26 dekabrda qüvvəyə minir və həm təşkilatların özünə, həm də onların on rəhbərinin üzərinə düşür.
“Bloomberg” agentliyi ABŞ-ın Tayvana 11 milyard dollar dəyərində silah satacağını bildirib . Təchizat paketinə 4,05 milyard dollara qədər dəyərində HIMARS çoxlu buraxılışlı raket sistemi (MLRS), eləcə də ümumilikdə təxminən 4 milyard dollar dəyərində özüyeriyən haubitsalar daxildir.
Hüseyn İbadlı
-
Nida Xəbər 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ
-
İdman19:48PSJ Luis Enrikeyə bu qədər maaş təklif edir
-
ABŞ19:00Argentina İranın müvəqqəti işlər vəkilinə iki gün vaxt verdi
-
Region18:48Müəllimin geyimi müzakirə mövzusu oldu
-
Nida Xəbər 17:36BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi
-
Region15:38Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?


































