Qambiya sahillərində qayıq batdı, yeddi nəfər öldü
Bizi izləyin

Dünya

Qambiya sahillərində qayıq batdı, yeddi nəfər öldü

Atlantik okeanının Qambiya sahillərində miqrantları daşıyan qayıq aşıb.

Publika.az xəbər veirir ki, bu barədə Qambiya polisi məlumat yayıb.

Bildirilib ki. hadisə nəticəsində İspaniyaya məxsus Kanar adalarına qanunsuz yollarla çatmağa çalışan yeddi nəfər həlak olub. Paytaxt Bancul yaxınlığında aşan qayıqdan 96 nəfər xilas edilib. Faktla bağlı araşdırma başlanılıb.

İspaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, 2025-ci ildə Afrikadan Kanar adalarına dəniz yolu ilə təxminən 45 min qeyri-qanuni miqrant gəlib, onlardan 2 mini boğularaq həyatını itirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm