ABŞ bu halda Rusiyaya qarşı sanksiyaları ləğv edə bilər
Bizi izləyin

Dünya

ABŞ bu halda Rusiyaya qarşı sanksiyaları ləğv edə bilər

ABŞ Çinlə mübarizəyə yaxınlaşarsa, Rusiyaya qarşı mövcud olan bütün sanksiyaları ləğv edə bilər.

Publika.az "The Daily Reckoning" qəzetinə istinadən xəbər verir ki, bu barədə Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş müşaviri Ceyms Rikards bildirib.

O qeyd edib ki, ABŞ prezidenti Riçard Nikson 1971-ci ildə də eyni şeyi etmişdi və o, diqqətini Sovet İttifaqını məhv etmək üçün Çinə yönəltmişdi. Keçmiş müşavirin sözlərinə görə, Ağ Ev üçün hazırda ən yaxşı siyasət Çini məğlub etmək üçün Rusiyaya yaxınlaşmaq olardı.

"Əgər ABŞ bunu etməsə, Rusiya və Çinin ABŞ-a qarşı birləşməsinə icazə versə, uduzacağıq. Görünür, ABŞ bunu bu yaxınlarda anlayıb. Buna görə də Ukraynadakı müharibənin Rusiyanın qələbəsi ilə başa çatacağını gözləyirəm. Nəticədə ABŞ-Rusiya münasibətləri daha da yaxınlaşacaq. Vəziyyət sabitləşdikdən və mövcud maliyyə sanksiyaları qaldırıldıqdan sonra bu, Rusiyada əla investisiya imkanları yaradacaq", - deyə o yazıb.

Rikardsın fikrincə, geosiyasətdə yalnız üç ölkə həqiqətən əhəmiyyətlidir: ABŞ, Çin və Rusiya. O, bütün digər ölkələri ikinci və ya üçüncü dərəcəli hesab edir.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm