Dünya
Müəllim qız şagirdlərini evinə apardı və onları məcbur etdi ki... - FOTOLAR
Türkiyənin İzmir şəhərinin Bornova rayonunda yerləşən peşə təhsili mərkəzində çalışan müəllim ilə bağlı istintaq başladılıb.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iddialara görə, türk dili və ədəbiyyatı müəllimi 4 noyabr 2025-ci ildə altı 16 yaşlı qız şagirdi dərs saatlarında şəxsi avtomobili ilə yeni köçdüyü evə aparıb.
Bildirilir ki, şagirdlər burada təmizlik işləri görməyə, əşyalar daşımağa və qablaşdırmağa məcbur ediliblər. Valideynlər uşaqların təhsil hüququnun pozulduğunu, hadisənin onların razılığı olmadan baş verdiyini və şagirdlərə gün ərzində yemək və nəqliyyat təmin edilmədiyini iddia ediblər.
Şikayət ərizəsinə müəllimin evində çəkildiyi bildirilən fotoşəkillər də əlavə olunub. Həmin görüntülərdə siqaret və spirtli içki şüşələrinin yer aldığı qeyd edilir.
Valideynlər hadisənin Milli Təhsil Əsas Qanunu və Uşaqların Müdafiəsi Qanununa zidd olduğunu bildiriblər. Faktla bağlı araşdırma aparılır.
Roza
-
İdman12:16Qurban Qurbanovdan eyhamlı açıqlama: Hər futbolçunun bir ağası olar
-
Avropa11:40İngiltərə bu qalmaqala görə çalxalanır: “X” sosial şəbəkəsi bağlanır?
-
MDB11:04Yarım metr qar yağıb, axşama qədər 65 sm-i ötəcək: Əhaliyə xəbərdarlıq edildi
-
Dünya10:52Venesueladan Maduroya mesaj: Sənə sadiqik, mübarizə aparacağıq
-
Sosial10:20Pensiya alanlara ŞAD XƏBƏR
-
Nida Xəbər 09:50Mübariz Mənsimov barəsində istintaq başladıldı
-
Dünya09:18Ukrayna Rusiyanın bu vilayətinə hücum etdi: Yarım milyon insan...
-
Sosial09:06Bu məktəbdə dərslər dayandırıldı


































